İranda sənaye parkında yanğın – ölən və yaralanan var

Dünən İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Xəzra sənaye
parkında kauçuk qablar zavodunda yanğın baş verməsi nəticəsində 1 nəfər
ölüb.
Azerbaycan-ruznamesi.org Trend-ə istinadən bildirir ki, bunu İranın Kirman
vilayəti Tibb Elmləri Universitetinin təcili yardım mərkəzinin müdiri Məhəmməd
Saberi jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, baş verən yanğın nəticəsində 12 nəfər yaralanıb. Yaralılar
tibb mərkəzlərinə çatdırılıblar.
Zavodda yanğının birdəfəlik qabların alışması nəticəsində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparırlar.

Şərhlər bağlıdır.