Hicabsız qızları xüsusi klinika gözləyir

Bu xəbər hələlik versiyadır.Amma İranın hicaba nəzarət edən dövlət qurumunun nümayəndəsi Mehri
Talibi Ərdistani məlumat verib:
“Tehranda yeniyetmələr, gənc kişilər və qadınlar üçün hicabın çıxarılmasının qarşısını alan psixoloji
klinika açılacaq. Klinikada bu mövzuda maarifləndirmə işləri aparılacaq”.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian seçkilər ərəfəsində və seçildikdən sonra məcburi hicab
qaydalarının yumuşaldılması və dərsdən qovulan tələbələrin hüquqlarının qorunması ilə bağlı vədlər
verib.
Pezeşkianın göstəriş və iradlarına baxmayaraq, məcburi hicab qaydalarını pozan qız və qadınlara,
xüsusən tələbə qızlara qarşı təzyiqlər artıb.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.