440 vəkil Məhəmməd Riza Fəqihi barəsində çıxarılan hökmə etiraz edib

Noyabr 18, 2024

440 vəkil İran Ədliyyəsinin başçısı Ejeiyə göndərdikləri məktubda Türk vəkil Məhənnəd Riza Fəqihi barəsində çıxarılan hökmə etiraz edib və qərarın qanunun aliliyi, söz və fikir azadlığına qarşı olduğunu bildiriblər.

Qeyd edək ki, Rza Fəqihiyə 5 il həbslə yanaşı, 2 il ölkədən çıxma qadağası və 2 il siyasi partiyalara üzv olma qadağası cəzası verilib.

Qeyd edək ki, Fəqihi 2022-ci il oktyabrın 12-də Tehranda vəkillərin “etirazçıların hüquqlarının və İran Konstitusiyasının 27-ci maddəsinin pozulmasına” etiraz olaraq keçirdikləri aksiyada iştirak etdiyinə görə həbs edilmişdi.

O, bir neçə gün saxlanıldıqdan və dindirildikdən sonra oktyabrın 25-də sərbəst buraxılmışdı.

Əslən Ərdəbil əyalətinin Hir şəhərindən və Tehran sakini olan Məhəmməd Riza Fəqihi müxtəlif dövrlərdə Əkbər Azad, Abbas Lisani, Lətif Həsəni, Əliriza Fərşi, Siyamək Mirzayi, Ayət (Yürüş) Mehr Əli Bəyli, Behnam Şeyxi və bir sıra başqa fəallın vəkili olub.

IRAN WIRE

 

Şərhlər bağlıdır.