Daha bir hicab etirazçısı şallaqlandı

İran Qadınlar Birliyi məlumat verir ki, məcburi hicab qaydalarına etiraz
etdiyinə görə həbs edilərək Qərçək həbsxanasında saxlanılan
azərbaycanlı fəal Roşənək Molayiyə şallaq vurulduqdan sonra sərbəst
buraxılıb.
Məlumatda şallaq cəzasının sayı və hansı ittihama görə tətbiq edildiyi
barədə açıqlama verilməyib.
Qeyd edək ki, Molayi məcburi hicab qaydalarını pozduğuna görə onu
təhqir edən hökumət məmuruna müqavimət göstərdiyini əks etdirən
videonun sosial mediada yayılmasından sonra polisə çağırılıb.
Oktyabrın 12-də polisə bölməsinə gedən 25 yaşlı Molayi oradan
Vəraminin Qərçək həbsxanasına aparılıb.
O, bundan əvvəl 2021-ci ilin sentyabr ayında da ümumi etiraz
aksiyalarında iştirak etdiyinə görə həbs edilərək Tehranın Evin və
Qərçək həbsxanalarında saxlanılıb.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.