2024-cü ilin yekunlarına görə Azərbaycanda elmin inkişafını göstərən analitik cədvəl açıqlandı. Bu cədvələ görə Azərbaycanın Google Scholara görə h-index 224, Azərbaycan Scopusa görə h-index 180, Azərbaycan Web of Sciencea görə h-index 160 təşkil edir. Göstəricilərin hər biri haqqında uzun-uzadı təhlillər aparmaq olar, lakin ən başlıcası odur ki, ümumi orta rəqəm ehtimal ediləndən beş dəfə yüksəkdir. Bu göstəricilər qürur vericidir və Azərbaycanda elmi inkişafın ümumi mənzərəsini ifadə edir. Elmi istiqamətlərə görə xüsusi mənzərənin müəyyənləşdirilməsi üçün data analizə ehtiyac var.
Bir neçə il öncə bizim “psevda patriotlar” cənubi qafqaz respublikalarında elm və təhsilin inkişafı ilə əlaqədar göz yaddaşından çıxış edərək Gürcüstan və Ermənistanı mədh etməkdən yorulmurdular. Bir erməni aliminin amerikada çap olunmuş kitabı o şəkildə təqdim edilirdi ki, sanki, “nobel” mükafatı alıb.
(cədvəl 2017-ci ilə qədər olan məlumatın təhlilidir)
2018-ci ildə xarici mütəxəssislərin 1997-2017-ci illərin elmi inkişaf dinamikasını müəyyənləşdirən cədvəlində də Azərbaycanla əlaqədar ümumi mənzərə təəccüb dogururdu. Bu cədvəldə Azərbaycanın orta H-indeksi 27, dünya sitat dərəcəsinə görə 145-ci yerdə göstərirdi. Akademik fəaliyyətlə məşgul olanlar görür və anlayırdılar ki, bu rəqəmlər Azərbaycanın ümumi akademik mənzərəsini ifadə etmir. Azərbaycanda çap olunan elmi jurnalların rəqəmsal məkana inteqrasiyası baş vermədikcə, alimlərimizin elmi əsərləri mötəbər jurnallarda indeksləşmədikcə obyektiv mənəzərənin müəyyənləşdirilməsi mümkün deyildi.
Nəhayət, görülən işlər nəticə verdi və 2023-cü ilin əvvəllərindən başlayaraq Milli H-indeksi elan olunmaga başlandı. Milli H-indeksi reytinqi elmi informasiya xidmətidir və qeyd edək ki, çox bahalı xidmətdir. Düşünürəm ki, elmi aktivliyin artırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “yol xəritəsi” əsasında həyata keçirilib.
“Azərbaycan Milli H-index Reytinqi” dünyada nüfuzlu hesab edilən üç indeksləşən məlumat bazası əsasında konsolidasiya edilmiş h-indeksi əsasında Azərbaycan alimlərinin, tədqiqat qruplarının və təşkilatların elmi məhsuldarlığını qiymətləndirməyə yönəlmiş müstəqil beynəlxalq reytinqdir.
Burada Scopus, Web of Science və Google Scholar kimi elm-metrik verilənlər bazası və platformalarından alınan məlumatlara istinad edərək, Azərbaycan elmi müəssisələrinin ümumi h-indeksi nəzərə alınır. Bu məlumatlar əsasında Milli H-indeksinin Reytinq göstəricisi müəyyənləşdirilib və reytinqlərə müvafiq mövqelər sıralanır.
Sevindirici hall ondan ibarətdir ki, bu metodikanın tətbiqi ilə Azərbaycanın elm və təhsil müəssisələri qlobal elmi-informasiya məkanına inteqrasiya olunur və beynəlxalq tanınmış standartlarla qiymətləndirma həyata keçirilir. İlk qiymətləndirmə siyahısı 2023-cü ilin fevral ayında açıqlanmış və hal-hazırda 2024-cü ilin IV rüb göstəriciləri açıqlanır. Bu siyahıda iki ildə elmi aktivliyin dinamikası açıq-açıgına görsənməkdədir. https://az.h-index.com/az
Hal-hazırda elmi məlumatın (elmi fikirin) dəyərini ölçmək üçün H indeksindən istifadə olunur. Bu, daha çox elm adamlarını və ya biliyi qiymətləndirmək üçün istifadə edilən statistik ölçü metodudur. XX əsrin 70-ci illərində Arqentina əsilli kimyaçı alim Herşin təklifi olaraq elmi məqalələrə edilmiş istinadların nisbəti ilə müəyyənləşdirilir. Bu hesablanma modeli bu günə qədər formasını dəyişdirməmiş və ən mötəbər hesablama qaydası kimi qəbul edilir. Bir sıra ölkələrdə fərqli metodlardan istifadə olunursa da H indeksi yenədə əsas göstərici olaraq qalır.
H indeksi tədqiqatçı alimlər üçün, elmi jurnallar və elmi məqalələr üçün nəzərdə tutulur. Alim və tədqiqarçıların H indeksi cəmlənərək kafedranın, labaratoriyanın, elmi mərkəz və şöbənin H indeksi müəyyənləşdirilir, kafedra və şöbələrin H indeksi toplanaraq Elmi Tədqiqar İnstitutları və Universitetlərin H indeksi ortaya çıxır, son mərhələdə elmi müəssisələrin H indeksi toplanaraq Respublikanın Elmi potensialı H indeksi ilə müəyyənləşdirilir. Bu ilkin qiymətləndirmədir. Sonrakı mərhələdə elmin inkişaf xərətəsi tərtib olunur və müasir elmmetrik təhlillər aparılır.
“Azerbaijan National H-index Ranking 2023” qiymətləndirilməsinə respublikanın bütün elm və təhsil müəssisələri hələ də daxil olmayıb. Yaqin ki, bunun bir səbəbi var. Bütün elmi fəaliyyətlə məşgul olan müəssisələrin bu qiymətləndirmə siyahısına daxil olması ilə Respublikanın akademik reytinq göstəriciləri yaqin ki, daha da yüksələcək. Eləcə də elm və təhsil müəssisələri mütəxəssislərin işə cəlb olunmasında peşəkarlıga daha artıq diqqət yetirəcək, alim və tədqiqatçılara diferensial qiymətləndirmə tətbiq olunacaq, akademik əməkdaşlıqlar genişlənəcək.
Azərbaycanın 96 elm və təhsil müəssisəsi bu reytinq cədvəlində iştirak edir. Onlardan 40 ali məktəb qalanları elmi-tədqiqat müəssisələridir. 73 müəssisə elmi göstəricilərinə görə müvafiq yer tutur. 11 müəssisə yalnız sıralamada yer alır. Respublikanın elmi reytinqinin artırılması üçün hər bir müəssisənin bu cədvəldə yer alması vacibdir.
Belə bir qiymətləndirmə metodunun tətbiqi yeni başladıgına görə göstəricilərin yaxın illərdə dinamik artmasını müşahidə edəcəyik. Bu məqsədlə Respublikanın elmi ictimaiyyəti ilə elmmetrik işin metodikası, alim profillərinin yaradılması və elmi informasiya məhsullarının düzgün yerləşdirilməsi ilə əlaqədar təqdimatlar və təlimlər keçirilməlidir. Belə təlumlərin keçirilməsi, qiymətləndirmə metodikası ilə tanışlıq və ümumiyyətlə elmi informasiya platformalarında geniş iştirakımızı təmin etmək Milli H indeksini xeyli yüksəldə bilər.
Hal-hazırda “Milli H-indeksi” Azərbaycanda akademik fəallıgın real mənzərəsini ifadə etməklə yanaşı, dünya akademik proseslərində yerimizin müəyyənləşdirilməsində, inkişafın dinamikasının müəyyənləşdirilməsi və qiymətləndirilməsində əhəmiyyətli rol oynayır. Bundan daha mükəmməl reallıgı göstərən metod mövcud deyil. Tərtibatçıların tətbiq etdiyi qiymətləndirmə modeli diqqəti cəlb edir. İlk onluga daxil olan müəssisələr “elmi potensialın liderləri” olaraq adlandırılıblar və məntiqi olaraq sıranın əvvəlində AMEA yerləşir. Ali təhsil müəssisələri sırasında ilk yeri Bakı Dövlət Universiteti tutur. BDU-nun göstəriciləri çox nüfüzlu rəqəmlərdir və bir çox avropa universitetləri ilə rəqabət edəbiləcək göstəricilərdir.
Sıralamanın 21-30-cu yerlərini tutan elmi müəssisələr “yüksək elmi potensial” ifadə edən müəssisələr olaraq müəyyənləşdirilib. Bu o müəssisələrdir ki, həqiqətən də ciddi akademik göstəriciləri var, rəqabət qaliyyətlidirlər və reytinq cədvəlində real inkişaf dinamikası görsənir.
Bəzi universitetlər kollektivinə xarici mütəxəssisləri cəlb etməklə yüksək göstəricilər əldə edir. Bəzi Universitetlərin yüksək göstəriciləri oldugu halda nüfuzlu akademik platformalarda əks olunmadıgı üçün qiymətləndirmədə yer almır. Bəzi universitetlər isə il ərzində mövcud potensialını konsalidasiya etməklə açıqlanan reytin cədvəlində mövqelərini xeyli yaxşılaşdırıb.
Qiymətləndirmənin üçüncü hissəsi “reytinq üzvləri” adlandırılıb və böyüklü-kiçikli müxtəlif elm və təhsil müəssisələrini əhatə edir. Burada da perespektivli müəssisələr yer alır. Bəzi kiçik elmi müəssisələr üçün bu reytinq cədvəlində iştirak etmək özü böyük ugur hesab edilməlidir.
Bu proseslərə süni müdaxilələr haqqında da söhbətlər gəzir. Qeyd etmək lazımdır ki, adları çəkilən ilk iki məlumat bazası- “Scopus” və “Web of Science” qapalı sistemlərdir və hər hansı kənar müdaxilə mümkün deyil. Üçüncü indeksləşən baza- “Google Scholar”açıq sistem rejimində fəaliyyət göstərir və nəzəri olaraq ona kənar müdaxilə etmək olar. Lakin manitorinqlər nəticəsində süni rəqəmlər və saxtakarlıq asanlıqla üzə çıxa bilir. Odur ki, rəqəmlərin mötəbətliyinə etimad etmək olar.
Azərbaycanın “Scopus” məlumat bazasında h-index 2023-cü ildə 166, 2024-də 180, “Web of Science” məlumat bazsında h-index 2023-cü ildə 145, 2024-də 160, “Google Scholar”məlumat bazasında h-index 2023-cü ildə 186, 2024-də 224 təşkil edib. Bu rəqəmlər kifayət qədər dinamik inkişafı göstərməklə yanaşı, özü-özlüyündə nüfuzlu rəqəmlərdir. Cədvəlin “TOP-1000 alim” siyahısında AMEA-nın Fizika institutundan Faiq Əhmədov, Bakı Dövlət Universitetindən Mais Sülüymanov liderlik edir. Bu alimlərin əsərlərinin və onlara edilmiş elmi istinadların sayı çox yüksəkdir. Reytinq cədvəlindəki mənzərəyə baxarkən istər-istəməz insan bu alimlərlə qürür hissi keçirir.
Hər şeydən əvvəl “Azərbaycan Milli H-index Ranking” siyahılarının müəyyənləşdirilməsi alim və tədqiqatçılar üçün ciddi bir mativasiyadır və respublikada yaxşı mənada akademik rəqabətin təşkili üçün saglam mühüt yaradır. Yaqin ki, tətbiq olunan metodika da tədricən yenilənəcək. Dünya təcrübəsində H indeksinə olunan tələblər dəqiq elmlərlə ictimai elmlər arasında fərqlidir. Qiymətləndirmə təbiət elmləri, ictimai elmlər və sahəvi elmi müəssisələr olaraq qruplaşmalıdr. Açıqlanan son reytinq cədvəli Azərbaycan Tibb Universiteti ilə bərabər bir sıra digət Tibb müəssisələrini də əhatə edir. Yaqin ki, gələcəkdə Tibb və səhiyyə sahələri ayrılıqda qiymətləndiriləcək. Eləcə də sosial və humanitar sahələrin ayrılıqda qiymətləndirilməsi və Respublika daxili alətlərin tətbiq olunması lazım gələcək. Bu istiqamətdə Türkiyədə tətbiq olunan Sobiyadın təcrübəsi öyrənilə bilər. Tətbiqi və təsviri sənət sahələrinin də mütləq ayrıca qiymətləndirilməsi vacibdir.
Pərviz Kazimi
Cross Media Təhlil Mərkəzinin analitiki, Tarix üzrə fəlsəfə doktoru, dosent
Şərhlər bağlıdır.