Qəzvində fırıldaqçılar keyfdədi, camaat isə etiraz edir

Qəzvində pulları mənimsənilən vətəndaşlar yenidən aksiyaya çıxıblar.
Bu barədə İranın sosial media şəbəkəsində paylaşım ediblər:
“Təravət novin xodro” avtomobil şirkəti tərəfindən pulları mənimsənilən Qəzvinlilər şəhər məhkəməsi
qarşısına toplaşıblar.
Etirazçılar dövlətin himayəsində olan avtomobil şirkətinin çox sayda vətəndaşın pulunu almasına
baxmayaraq, illərdir avtomobillərini təhvil vermədiklərinə görə etiraz ediblər.
Qəzvinlilərin davamlı etirazlarından sonra şirkət rəhbərliyindən bir neçə nəfər həbs edilib və hazırda
onların məhkəmə prosesi gedir.
Aldadılan qəzvinlilər məhkəmənin ədalətli keçirilmədiyini və mənimsəmədə əliolan əsas şəxslərin
məsuliyyətə cəlb olunmadıqlarını bildirirlər.
Son bir neçə 2 il ərzində onlarla oxşar aksiya keçirilsə də, qəzvinlilərin nə avtomobilləri verilir, nə də
pulları qaytarılır.
Belə desək, prosesin sonu görsənmir, pulları batan camaatdır, keyf çəkən isə möhtəkirlər.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.