Şərqi Azərbaycan Mədəniyyət və İslami İrşad idarəsinin baş
direktoru Məhəmməd Hüseyn Bəlaqi Qasım Süleymaninin
ölümünün ildönümü bəhanəsi ilə “Səttar Xan” tamaşasının
nümayişinin dayandırılması barədə əmr verib
Tamaşanın rejissoru Yaqub Sadiq Cəmali bu
hərəkəti “cahillik və tələsik qərar” kimi qiymətləndirib. O,
qərarın bölgənin tarixi-mədəni reallıqlarının əks olunmasına
mane olan müəyyən cərəyanların təzyiqi ilə qəbul edildiyini
açıqlayıb.
Ötən günlərdə İranşəhri türk əleyhdarları Təbrizdə Səttar
xan tamaşasına qarşı kütləvi qarayaxmalar təşkil etsə də,
Azərbaycan xalqı bu tamaşanı böyük rəğbətlə qarşılamış,
Azərbaycanın müxtəlif şəhərlərindən insanlar tamaşanı
izləmək üçün Təbrizə gəlmişdilər.
Tamaşaya maraq o qədər yüksək idi ki, bir neçə gün əvvəl
“Səttar Xan” tamaşasının nümayişi üzrə Koordinasiya
Şurasının rəhbəri Əmir Kərimzad Şərifi Təbrizin Xavaran
zalında tamaşanın nümayişinin uzadıldığını elan etmişdi.
Onu da deyək ki, Şərqi Azərbaycan Mədəniyyət və İslami
İrşad idarəsinin Baş direktoru Məhəmməd Hüseyn Bəlaqi
türk kitablarının nəşrinin və Azərbaycanın mədəniyyət və
incəsənətinin qatı düşmənlərindən biridir. O, daha əvvəl “Nə
edirsinizsə edin, ancaq teatrlarda amma Azərbaycan
rəqslərini etməyin!” fikirləri ilə gündəmə gəlmişdi.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.