İran “sərhəd aktivliyinə” hazırlaşır –Bakıya hücumun gerçək səbəbi

“Ərdəbildə Azərbaycana və Prezident İlham Əliyevə qarşı məlum
çağırışlar Yaxın Şərqdə məğlub olan İranın həm daxili auditoriyanı,
həm də ölməkdə olan “müqavimət oxu”nu fərqli hədəfə yönəltmək
məqsədi daşıyır”, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
O bildirib ki, İran yaxın vaxtlarda yenidən uydurma “İsrail kartı”nı ortaya
ata bilər:
“Məzhəb millətçiliyinə əsaslanan təhlükəli çağırışlar İranın hansı oyunu
oynamağa cəhd etdiyini anlamağa imkan verir. Aydındır ki, İranın Arazın
sahilində “sionist axtarışı” yenidən aktuallaşacaq. Bizim üçün əsas məsələ
böyük ölçüdə neytrallaşdırılan İrana bağlı şəbəkənin fəaliyyət qabiliyyətinin nə qədər qalmasıdır”.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.