Səfalət üzrə İranda birinci yeri tutan vilayət


Heç inandırıcı görünmür ki, Ərdəbil ölkədə səfalət indeksinə görə birinci yerdədir. Amma bu belədir.

Ərdəbil vilayəti bu indeks üzrə 45.3 göstərici ilə ölkənin ən aşağı nəticəsini nümayiş etdirib. Ümumi ölkə üzrə orta səviyyə isə 39.7 olaraq qeydə alınıb.
Bu məlumatlar İran Statistika Mərkəzi tərəfindən payız fəslinə aid olaraq dərc edilib.

Səfalət indeksi, illik inflyasiya dərəcəsinin işsizlik səviyyəsinə əlavə edilməsi ilə iqtisadi vəziyyəti qiymətləndirmək üçün istifadə olunan elmi göstəricidir.
Statistikaya görə, ölkənin 15 vilayətində səfalət indeksi ölkə ortalamasından yüksəkdir.

Ərdəbil vilayətində inflyasiya 35.2%, işsizlik səviyyəsi isə 10.1% təşkil edib ki, bu da vilayətin 45.3 vahidlik səfalət indeksi ilə ölkədə ən yüksək göstəriciyə sahibdir.

Ümumilikdə, Ərdəbil vilayətində işsizlik səviyyəsi həmişə yüksək olub və ölkə
ortalamasını üstələyib. Ərdəbildə payız fəslində işsizlik faizi 10.1 olduğu halda, bu rəqəm ümumilikdə ölkə üzrə 7.2 olaraq qeydə alınıb. Bu da vilayətin işsizlik səviyyəsinin ölkə ortalamasından yüksək olduğunu göstərir.

Bu indeksə əsasən, Ərdəbil vilayətinin sakinləri payız fəslində ölkənin ən aşağı rifah səviyyəsini yaşayıblar. Əvvəlki illərə nəzər salsaq, 2022-ci ildə də Qərbi Azərbaycan vilayəti səfalət indeksi üzrə ən pis vəziyyətdə idi.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.