Esmira Fuad: “Güney Azərbaycan Etnokultroloji dəyərlər diskursunda”

Filologiya elmləri doktoru Esmira Fuadın hər kitabını əlimə alanda
düşünürəm: O vətəndaşdır.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin dəstəyi ilə nəşr olunan “Güney Azərbaycan etnokulturoloji dəyərlər
diskursunda”kitabını oxuyanda da belə düşündüm.Kitabdakı mövzuların,
araşdırma və tədqiqatların, təhlillərin başlığı da bunu təsdiq edir:”Azərbaycanın
bölünməsi: tarixi gerçəkliklər və müqavilələrin rolu”, “Güney Azərbaycanın tarixi
abidələri”, “Fərəhin ən gözəli azadlıqdır”, “Güney Azərbaycanda türk
toponimlərinin soyqırımı”,“İranda buxovlanan Azərbaycan Türkcəsi”, “Güney
Azərbaycanda folkloru. Xalq həyatının və milli kimliyinin əks-sədası” və s.
Esmira xanımın özünəməxsus, tərtəmiz dili isə kitabı daha oxunaqlı edir. Bu
böyük bir zəhmətin nəticəsi deyil sadəcə, bu vətən yanğısıdı. Hamı özünü
vətəndaş hesab edir. Vətəndaş olmur hamı. Bu ən ali, üst bir duyğudu: o səninlə
böyüyür, səni böyüdür. Esmira xanım bu duyğuyla böyüyüb, yaşayır.O,
parçalanmış torpaq ağrısı, bütöv Azərbaycan sevgisi ilə Güney Azərbaycan
ədəbiyyatını illərdir tədqiq edir, araşdırır, bizlərə təqdim edir. Növbəti kitabında
da bunun şahidi olursan.
“Güney Azərbaycan etnokultroloji dəyərlər diskusunda” İlk olaraq qədim Oğuz
türk yurdunun bölünməsinə gətirib çıxaran tarixi gerçəklikləri özündə əks
etdirən – Azərbaycanın Rusiya qarşısında ilk yenilgisinin təsdiqi olan
rəsmi sənəd – Kürəkçay müqaviləsi – Andlı öhdəlik, Qarabağ mülkündə, Zeyvə
çayı yaxınlığındakı Gülüstan kəndində imzalanmış Gülüstan və bədnam
Türkmənçay “Sülh” müqaviləsindən bəhs edən araşdırma yer alıb. Adında
“sülh” yazılan-içəriyində isə Azərbaycanın bölünməsi əks olunan müqavilələr
maddə-maddə təqdim olunur. Bu müqavilələrin bir yurdun, bir elin iki yerə
parçalanmasındakı rolundan söz açılır. Oxuduqca elə bilirsən, bunu bir tarixçi
yazıb.
Kitabda“Rza şahın mərkəzləşmiş güclü dövlət yaratmaq amacı ilə yürütdüyü
məkrli inzibati siyasət”inin“qeyri fars millətlərin varlığına, onların milli birliyinə,
hansısa qurumda birləşməsinə qarşı çevrilməsi”nə də toxunulur. Bu siyasətin
bütövlükdə azəri türklərinə qarşı yönəlməsi vurğulanır: ”Rza şahın Güney
Azərbaycan da yürütdüyü farslaşdırma siyasəti ilə Stalinin Qüzeydə apardığı
ruslaşdırma, Qərbi Azərbaycanda Ermənistanın erməniləşdirmə siyasətini
tutuşdursaq, nə qədər oxşarlıqların olduğunu aydın görərik”.
İranda buxovlanan Azərbaycan türkcəsinin real durumu, Türkkökənli adların
bütün İranda və Güney Azərbaycan ərazisində planlı şəkildə mərhələlərlə
farslaşdırılması və bu gün də prosesin davam etdirilməsi gerçək faktlar
əsasında gündəmə gətirilir, hətta bu son dərəcə ağrılı məsələnin ədəbiyyata
yansımasına da toxunulur, Güney Azərbaycanın tarixi abidələri: Təbrizdə
yaşayan daş yaddaşımız vərəqlənir, Güney Azərbaycanda adət-ənənələr: Çillə
gecəsi – Çillə bayramı, Novruz, Xıdır Əlləz-Xıdır Nəbi və Qurban bayramlarının
tarixi, bu günü, xalq həyatına nüfuz etməsi məsələləri ədəbi müstəvidə təqdim
edilir.
Düşündürəcək çox məsələlərə toxunub Esmira xanım. “Bir xalqı məhv etmək
üçün onun dilini məhv etmək kifayətdir” ifadəsini bilirik hər birimiz. Amma bir
xalqı məhv etmək elə onun adlarını məhv etməkdən başlayır. Çox təəssüf ki,
Quzey Azərbaycanda bunu fərqinə varmadan könüllü edirik, fars, ərəb adları
baş alıb gedir. Burda ad yasağı yoxdu. Bir ara bəzi adların qadağası ilə bağlı
fikir dolaşdı, özümüz hayküy saldıq. Güneydə isə əksinədi: övladlarına türk
mənşəli adlar qoymaq üçün çəkişir insanlar, məhkəmələrə müraciət edir,
məsələn Türkay adı üçün.Ərəb, fars adlarını qoyanlar məsələnin mahiyyətini
anlamaq istəmir. Bunu inanclarına bağlayırlar. Guya allaha sevgidir bu. Guya
ad sənin inancına olan sədaqətindir. Sən əvvəlcə öz adını, öz daşını-çınqılını
sevməlisən. Öz soy- kökünü sevməlisən.
Adlar, eləcə də coğrafi adlar (toponimlər) xalqın milli sərvəti, eyni zamanda
tarixi keçmişinin güzgüsüdür. Toponimlər coğrafi və antropoloji tədqiqatlarda
xüsusi əhəmiyyət daşıyır… Ümumiyyətlə, landşaft elementləri, məsələn, bir
yerdə bitən bitkilər, orada yaşayan heyvanlar, həmçinin qayalar, rənglər, su
yolları, hətta orada yaşayan, işləyən və ya savaşan personajlar müəyyən bir
yer adının mənşəyi ola bilər… Yer-yurd adları o yerlərdə yaşayan xalqın milli
kimliyinin göstərici nişanələrindəndir. Ona görə də paniranistlər türk kökənli
adların, insan, yer-yurd adlarının yaddaşlardan silinməsini planlı şəkildə həyata
keçiriblər…
Güney Azərbaycanda kənd adları daha çox dəyişikliyə məruz qoyulub. Əksər
hallarda daha əvvəlki türk adlarına bənzəyən farslaşdırılmış adlar seçilir və elə
göstərilir ki, guya bu adlar əvvəldən farsca imiş! Belə görünür ki, hökumətin
amacı Güney Azərbaycandan türk və Azərbaycanlı kimliyini silməkdir. Adları
farslaşmış olan kəndlərin sayı çoxdur: Pəlmə yer→Por mehr, Sumay→Some`e,
Köhsalar (Köksalar)→Kuhsalar, Şah bəy→Şah abad→Şave, Tarı
qaya→Toraqıyye, Uşaqlı→Oşşaq, Souk (“soyuq” sözünün başqa
versiyası)→Şayeq, Sürməlik→Səraye Məlek, Barış→Barənc, Suca→Şoca`,
Şavalı→Şə`banlu, Başdam→Bəstam, Su batan→Taze deh, Qərə su →Siyəh
Çeşme, Qazan xan→Ğaziyan, Qalalar→Qəllat, …
Kitabda ikiyə bölünmüş vətənin ağrılarını əks etdirən bədii nümunələr verilib.
Bir xalqın xoşbəxtliyi onun vətəninin tamlığı bütövlüyüdür. Biz xoşbəxt ola
bilmirik. Qadir Cəfərinin “Biz mutlu olmadıq, heç zaman “xoşbəxtlik qafiyəsi”ni
tapmadıq-misraları məhz bunu ifadə edir. İllərdi güneyin ədəbi proselərini
izləyən, öyrənən Esmira Fuad güneyli qadın yazarların yaradıcılığına xüsusi
diqqətlə yanaşır.”Güney ədəbiyyatında feminizm…” məqaləsində qeyd etdiyi
kimi “Bu gün Güneyin çağdaş qadın yazarlarını oxuduqca onların ailədaxili
sıxıntılardan,gündəlik  həyatda olançatışmazlıqlardan, ən adi qadın
hüquqlarının pozulmasından başlayan etirazının artıq məişət çərçivəsindən
çıxaraq geniş miqyas aldığını və ümumən haqsızlıq üzərində qurulmuş
cəmiyyətə despotizm rejiminə ünvanlandığının şahidi oluruq.” Esmira xanım bu
fikirləri həm də qadın yazarların misraları ilə oxucuya çatdırır.

“O taylı-bu taylı bütöv Azərbaycan ədəbiyyatında zəfər diskursu” başlıqlı son
yazıda “tariximizə qısa ekskurs” edən yazıçı “tarixdə analoqu olmayan 44
günlük savaşın gedişi zamanı 2020-2023-cü illərdə yeni dövrün-XXI-ci əsrin
“müharibə ədəbiyyatı yaranmağa başladı”ğını da qeyd edir vəbu ədəbiyyat
haqqında da məlumat verir.

Həmin ərəfədə və savaşdan sonrakı dönəmdə Güney yazarları Qarabağa və
44 günlük savaşda yazılmış yeni şərəf tariximizə şeir, poema və nəsr əsərləri
həsr etdilər…” Ona görə biz də onların yanında və arxasında olmalıyıq. Güneyli
aktivistlər də etiraf edirlər ki, Azərbaycan Respublikasının prezidenti, Ali Baş
Komandan, cənab İlham Əliyevin zaman-zaman Güney Azərbaycan türklərinin
varlığını və mübarizəsini dəstəkləyən açıqlamaları Güney xalqına böyük mənə
vi güc verib. Ölkə başçımızın: “Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inki
şaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycan
lıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsi
dir…”, “Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə, məktəblərdə öz ana
dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin
hüdudlarından kənarda yaşayan 40 mln. azərbaycanlının əksəriyyəti bu imkan
lardan məhrumdur”, – açıqlamasına da diqqət çəkilir.

Kitabda dərin təhlilə, məntiqə söykənən 23 elmi yazı verilib. Və hər bir yazı
oxumaq, öyrənmək, düşünmək üçündür.
Kamalə Abiyeva

Şərhlər bağlıdır.