Ərdəbildə xərçəngə yoluxma halları niyə artıb?

Ərdəbil əyalətində xərçəng xəstəliyinə yoluxanlar ən çox mədə, döş, prostat və
yemək borusu xərçəngindən əziyyət çəkirlər.
Bu barədə Ərdəbil Tibb Elmləri Universitetinin nümayəndəsi Səid Sadiqiyyə
Əhəri məlumat verib.
O, müxtəlif amillərlə yanaşı, hava çirkliliyinin də xərçəngə yoluxma hallarının
artması ilə nəticələndiyini söyləyib.
Bundan əvvəl İran Səhiyyə Nazirliyinin açıqladığı statistikaya görə, şimal-qərb
bölgəsi, xüsusən Ərdəbil əyaləti xərçəngə, xüsusilə mədə xərçənginə
yoluxanların sayına görə ilk yerlərdən birini tutur.
Ərdəbil əyalətində xərçəng xəstəliyinin yayılmasında Ermənistanın Metsamor
Atom Elektrik Stansiyası (AES) və bu ölkənin başqa sənaye təsisatlarının
zəhərli tullantılarının Araz çayına axıdılması da əhəmiyyətli rol oynayır.
Bir müddət əvvəl “The Geopolitics” saytı bölgədəki ekoloj problemlə balı yaydığı
hesabatda Ermənistan tərəfinin Araz çayını çirkləndirməsi ilə bağlı faktları
açıqlayıb.
“Ölkənin elektrik enerjisinin 40%-ni təmin edən stansiya çayın radioaktiv
maddələrlə çirklənməsinin əsas səbəbkarı sayılır.”- sayt yazıb.
Bununla yanaşı Mərənd şəhərinin İran parlamentindəki nümayəndəsi
Məhəmməd Həsənnəjad da Araz çayında baş verən ekoloji problem
səbəbindən çayın cənub sahilində kənd tədərrüfatının ziyan gördüyünü və
xərçəng xəstəliyinin geniş yayıldığını bildirib.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.