Azərbaycan Milli Məclisinin Azərbaycan daxilində istehsal olunan sənaye məhsulları haqqında təsdiq olunmuş qanunu

 

Diqqət! Bu qanunun qəbulundan sonra Azərbaycandakı bütün dövlət işçiləri
yalnız Vətənin özündə istehsal olunan parçalardan istifadə etməli idilər.
Qanunda bunun barəsində ayrıca bir maddə də vardır. Əslində bu qanun yerli
sənayeni inkişaf etditrmək məqsədi güdürdü.
Qanun olduğu kimi aşağıda dəyərli həmvətənlərimizin və dostlarımızın
diqqətinə təqdim olunur.
Azərbaycan Milli Məclisinin Azərbaycan daxilində istehsal olunan sənaye
məhsulları haqqında təsdiq olunmuş qanunu.

1-ci maddə – İqtisad və Ticarət nazirliyi tərəfindən tənzim olunmuş nizamnamə
əsasında idxal olunması vacib sayılan mallar istisna olmaqla Azərbaycan
daxilində istehsal olunan sənye məhsullarının oxşarının xaricədən idxal
olunması qadağandır.

Qeyd: Bu maddəni pozan şəxslərin cəzası birinci dəfə idxal etdiyi malın yarı

qiyməti cərimə ünvanilə alınacaqdır və eyni növdən olan mallar 7 gün
müddətində Azərbaycan hüdudundan çıxarılmalıdır. Bundan imtina olunduğu
halda eyni növdən olan mal zəbt olunacaqdır. Qanunu ikinci dəfə pozanın
cəzası eyni növdən olan malı zəbt etməkdir.

2-ci maddə – Bütün dövlət işçiləri vətəndə istehsal olunan parçadan istifadə
etməlidirlər.

Qeyd: Bu maddəni pozan işçilərin birinci dəfə əmək haqlarının (maaşlarının)
beşdə biri (20%-i) zəbt olunacaqdır. Təkrar olunduğu halda onlar işdən
çıxarılacaqlar.

3-cü maddə – Bu qanun nəşr edildiyi tarixdən bir ay sonra icra olunmalıdır.

4-cü maddə – Azərbaycan Milli Hökuməti bu qanunun icrası üçün məsuliyyət
daşıyır.

Yuxarıda yazılan qanun Azərbaycan Milli Məclisinin Rəyasət Heyətinin 11
ordibeheşt 1325-ci (1 may 1946-cı) il tarixli iclasında təsdiq olundu.
Azərbaycan Milli Məclisinin rəisi Hacı Mirzə Əli Şəbüstəri.
Azərbaycan Milli Məclisinin katibi M. Əzima.
22 ordibeheşt 1325-ci il (12 may 1946-cı il)
İcra edilsin: Baş nazir tərəfindən Daxili İşlər naziri doktor Cavid.

“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say
195, 10 may 1946-cı il.
Toplayanı və təqdim edəni: Səməd Bayramzadə, dosent

Şərhlər bağlıdır.