Rejim Ana Dili Günündə türkcə kitab paylaşanın mağazasını bağladı

Molla rejimi Ana Dili Günündə türkcə kitabları paylaşğına görə azərbaycanlı
fəalın mağazasını möhürləyiblər. Rejimin məmurları Mustafa Əbdüli adlı
sahibkara qarşı bu cəzanı tətbiq ediblər.
Milli fəallar bildiriblər ki, cəza tədbiri 21 fevral Beynəlxalq Ana Dili Gününə
təsadüf edib. Əsas məqsədin həmin gündə türk dilində kitabların
paylaşdırılması olub.
Fevralın 22-də təhlükəsizlik məmurları tərəfindən həbs edilən milli fəallar
Müctəba və Mustafa Əbdüli 500 milyon tümənlik girov qarşılığında müvəqqəti
olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.
Təhlükəsizlik məmurları tərəfindən fərqli yerlərdə saxlanılan fəallar Təbriz
həbsxanasına köçürülüb, orada qeydiyyatdan keçirildikdən sonra İran
Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin (ETTELAAT) təcridxanasına köçürülüblər.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.