Fərhad Həkimzadə Londonda 150 tarixi kitabı ləkələdiyi üçün mühakimə olunub
və cəmi 8 il həbs və 300 min funt sterlinq pul cəzasına məhkum edilib. Bu adam
sapı özümüzdən olan baltalardandır. Azerbaycan-ruznamesi.org “Bütöv
Azərbaycan Ocaqları”na istinadən yazır: “Onun qəsdən təhrif etdiyi kitablarının
mövzusu Avropanın Yaxın Şərqə və Türkiyə hökumətlərinə səyahətnamələri
idi”.
Londonda yaşayan yazıçı, nəşriyyat direktoru, İran İrs Fondunun keçmiş sədri
Fərhad Həkimzadə qiymətli tarixi kitablardan bəziləri 16-cı əsrə aid olan
vərəqləri skalpellə çıxarıb.
“The Guardian” 2009-cu ildə dərc olunan ətraflı hesabatında yazıb ki, Fərhad
Həkimzadə adlı varlı iranlı Londonda Britaniya Milli Kitabxanasında saxlanılan
16-cı əsrə aid 150-dən çox çox qiymətli tarixi kitab və eksponatları zədələyib.
“Guardian”ın yazdığına görə, böyük kitabxana tədqiqatçıları Harvard təhsilli
naşir və mütəfəkkir Fərhad Həkimzadənin əsrlər boyu milli kolleksiyada
saxlanılan 150 kitabı oğurlamaq üçün nə üçün neştərə əl atması ilə bağlı
çaşqınlıq yaşayırlar.
Onun yeddi il ərzində vurduğu maddi ziyan təxminən 400.000 funt sterlinq
qiymətləndirilir, lakin kitabxananın çap kolleksiyasının rəhbəri doktor Kristian
Jensen deyir ki, onun məhv etdiyi kitab və xəritələrə qiymət qoymağın heç bir
yolu yoxdur.
The Guardian Jensenin dediyini sitat gətirir: “Bu tarixi obyektlər həmişəlik
natamamdır”. Onun işini əvəz edə bilməzsən.
O, indi Yaxın Şərq və Çin adlandırdığımız yerə ilk Avropa səyahətləri ilə bağlı
bəzi tarixi sübutları məhv etdi. Mən çox qəzəbliyəm. Bu varlı adam hər kəsə
məxsus bir şeyi məhv edib. Qeyd edək ki, Həkimzadə İran mədəniyyətinin
müdafiəçisidir və antikvarlıq meyllərinə malikdir.
O, monarxistlərin tamamilə etibar etdiyi bir fiqurdur. O, ixtiyarında olan böyük
büdcələrlə həmfikirlərinin rəyinə əsasən, hər il İran mədəniyyəti və tarixi ilə bağlı
bir neçə konfrans və simpozium keçirmiş, həmçinin Londonda İran İrs Fondu
adlı bir vəqf təsis etmişdi.
İndi bu fonddan Həkimzadənin adı çıxarılıb, lakin o, fəaliyyətini davam etdirir.
Türk İmperiyasının xəritəsi və Körfəz bölgəsinin bəzi tarixi xəritələri
Həkimzadənin məhv etdiyi əsərlər sırasındadır. Bu irqçi cəmi 8 il həbs və 300
min funt sterlinq pul cəzasına məhkum edilib.
O, tarixi cinayətin yükündən xilas olmaq üçün məhkəmədə özünü xəstə kimi
təqdim edib. Xəstə hansı məsələləri aradan qaldıracağını bilirdi!!!!
Şərhlər bağlıdır.