Xamenei daha bir din xadimini cəzalandırdı

İranda məşhur din xadimi Məhəmməd Cavad Mohəqqeq Yəzdi Qum şəhər
məhkəməsi tərəfindən ağır cəzaya məhkum olunub.
Məhəmməd Cavad Yəzdi özünün sosial media hesabında paylaşım edərək
məlumatı təsdiqləyib.
O, paylaşımında “İsraili dəstəkləmək” ittihamı ilə 4 il, “dövlət quruluşuna qarşı
təbliğat aparmaq” ittihamı ilə 1 il, “Xomeyni və Xameneyini təhqir etmək” ittihamı
ilə iki il həbs, eyni zamanda “dini libasdan daim məhrumetmə” cəzasına
məhkum edildiyini bildirib.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.