Amerika İrandan tələb edib ki, yüksək zənginləşdirilmiş uran ehtiyatlarını
üçüncü ölkəyə, məsələn, Rusiyaya təhvil vermək təklifinə baxsın.
Məsələ barədə məlumatı “Quardian” qəzeti yayıb.
Gələcək razılaşma yolunda əsas maneə kimi görünən məsələ Omanın paytaxtı
Maskatda İranın xarici işlər naziri Abbas Araqçı ilə Donald Trampın xüsusi
nümayəndəsi Stiven Uitkoff arasında keçirilən ilkin danışıqlarda gündəmə
gətirilib.
Tehran israrla son dörd il ərzində yığılan ehtiyatların (zənginləşdirilmiş uranın)
Beynəlxalq Atom Enerjisi Agentliyinin ciddi nəzarəti altında İranda qalmalı
olduğunu bildirir.
İran tərəfi bunu Amerikanın gələcək administrasiyasının sazişdən çıxacağı
təqdirdə ehtiyat tədbiri kimi görür.
Bildiririk ki, İran xarici işlər naziri Abbas Araqçının bu həftə Moskvaya
planlaşdırılan səfərinin də bununla bağlı olduğu ehtimal olunur.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.