Pezeşkian Azərbaycana gəlir, sağında – solunda azərbaycanlı valilərlə

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərinə ciddi hazırlıq gedir.
İranın Ticarət Palatasının sədr müavini Hüseyn Pirmüəzzin bu barədə ətraflı
məlumat verib.
O bildirib ki, ölkənin şimal-qərb əyalətlərindən 110 özəl sektor fəalı və iqtisadi heyət Pezeşkianın səfəri ərəfəsində Azərbaycan Respublikasına yola düşəcək: -Aprelin 28-də prezidenti müşayiət edən nümayəndə heyəti səfərə hazırlıq və yekun razılaşmanı başa çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasına
səfər edəcək.
Ərdəbil, Gilan, Şərqi və Qərbi Azərbaycan da daxil olmaqla, ölkənin şimal
qərbinin dörd ostanının valiləri prezidentlə birlikdə Azərbaycan Respublikasına
səfər edəcək. Bundan əlavə, prezidenti Azərbaycana səfər zamanı 110-120
nəfər müşayiət edəcək. Nümayəndə heyətinə özəl sektor fəalları və İranın
iqtisadi və parlament nümayəndələri daxildir.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.