Erakçi: Xameneinin Putinə mesajında “mühüm məsələlər” var

İranın xarici işlər naziri Abbas Erakçi deyib ki, İran lideri Ayətullah Əli
Xamenei Rusiya prezidenti Vladimir Putinə göndərdiyi mesajda “mühüm
beynəlxalq və regional hadisələrə və ikitərəfli məsələlərə” toxunub.
Rəsmi səfər çərçivəsində Rusiyanın paytaxtı Moskvaya gedən Erakçi hava
limanında İran dövlət televiziyasına açıqlama verib.
İran lideri Xamneyinin məktubunu Putinə çatdırmaq və Rusiya rəsmiləri ilə
ikitərəfli danışıqlar aparmaq üçün Moskvaya səfər etdiyini bildirən Erakçi,
Ukrayna böhranı da daxil olmaqla, beynəlxalq hadisələrlə bağlı Rusiya ilə
məsləhətləşəcəklərini bildirib.
İsrailin fələstinlilərə qarşı davam edən hücumları və bölgədəki təhdidləri də
müzakirə edəcəkləri barədə məlumat verən iranlı nazir ölkəsi ilə ABŞ
arasındakı danışıqlar prosesi ilə bağlı Rusiya rəsmiləri ilə də
məsləhətləşəcəklərini qeyd edib.
Aytən Yaşar

Şərhlər bağlıdır.