9 ildir Evin həbsxanasında yatan, edama məhkum edilən İran-İsveç ikili
vətəndaşlığı olan araşdırmaçı-alim Prof. Dr. Əhmədrza Calalini infarkt
yaxalayıb.
Onun həyat yoldaşı Vida Mehranniya bildirib ki, Əhmədrza mayın 8-i gecə
saatlarında infarkt keçirib və ağır vəziyyətdə həbsxananın tibb məntəqəsinə
köçürülüb. Buna baxmayaraq bildirilib ki, onun bazar gününə qədər kardioloqun
müayinəsindən keçməsi mümkün deyil.
Mehranniya İsveç hökumətindən onun azad edilməsi üçün səylərini artırmağı
istəyib.
Əslən Güney Azərbaycanın Sarab mahalından olan İsveç vətəndaşı Əhmədrza
Calali 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi
konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib.
2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi azərbaycanlı alimi
“İsrailə casusluq” ittihamına görə edama məhkum edib və qərar İran Ali
Məhkəməsi tərəfindən də təsdiq olunub.
Calali barəsində irəli sürülən casusluq ittihamını rədd edib, ondan saxta etiraf
almaq üçün işgəncələrə məruz qaldığını bildirib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.