ABŞ Xəzinədarlıq Nazirliyi İran İslam Respublikasına bağlı 18 şəxs və quruma qarşı yeni sanksiyalar tətbiq edib

Avqust 7, 2025
Nazirlik 7 Avqust 2025, cümə axşamı yayımladığı bəyanatda təsdiqləyib ki, İran İslam Respublikasına bağlı 18 şəxs və quruma qarşı yeni sanksiyalar tətbiq edib və bu yeni sanksiyalar İran hökumətinin gəlir əldə etmək və ABŞ sanksiyalarını pozmaq səylərində “əsas rol oynadıqları” üçün tətbiq olunub.

Bəyanatda qeyd olunub ki, “beynəlxalq təcrid səbəbindən ciddi maliyyə məhdudiyyətləri” fonunda İran İslam Respublikası rəsmiləri “mürəkkəb bank sxemləri və alternativ ödəniş sistemləri” vasitəsilə ABŞ sanksiyalarını pozur və qeyri-qanuni neft satışından gəlir toplayırlar.

ABŞ Xəzinədarlıq Nazirliyinin sözlərinə görə, bu sistemlər həmçinin “rejimin vəkil qüvvələrini maliyyələşdirməyə və İran xalqını repressiya etməyə” davam etməsinə imkan yaradır.

Bəyanatda qeyd olunub ki, yeni sanksiyaya məruz qalan informasiya texnologiyaları və maliyyə şirkətləri rejimə “internetə çıxışı məhdudlaşdırmaq və məcburi hicab qanunlarını pozan qadınları hədəf almaq üçün qabaqcıl nəzarət texnologiyaları” təqdim ediblər.

“Adil Bərcisiyan”, “Hadi Nuri” və “Əliriza Fətahi”nin adları “Bank Fəra saheliye Sayros” ilə əlaqəli olaraq ABŞ-ın sanksiya siyahısına daxil edilib.

Bundan əlavə, “Əli Mürtəza Birəng”, “Məhmədriza Səcadi” və “Məhəmməd Şəfiipur” “Samaneye Payaye Rank” şirkəti ilə, “Şəhab Cavanmərdi” isə “Pasargad Arian informasiya və kommunikasiya texnologiyaları şirkəti” ilə əlaqədə olaraq sanksiyaya məruz qalıblar.

Bundan başqa, “Pasargad Arian informasiya və kommunikasiya texnologiyaları ekosisteminin inkişafı şirkəti, Pasargad Arian infrastruktur informasiya və kommunikasiya texnologiyaları şirkəti, Arman Kiş məlumat kommunikasiya texnologiyaları şirkəti, Pasargad Arian Ərvənd informasiya və kommunikasiya texnologiyaları ödəniş şirkəti, Sayros ofşor bankı, Pasargad Arian informasiya və kommunikasiya texnologiyaları şirkəti, Pasargad elektron ödəniş xidmətləri şirkəti, Datis Arian Qeşm proqram təminatı şirkəti, Raşid Sistemləri Elektron Emal Şirkəti, RANK Ödəniş Sistemi Şirkəti və Baran Telekom Şirkəti” ABŞ-ın sanksiyalar siyahısına əlavə olunmuş 11 yeni şirkət və qurumdur.

ABŞ Xəzinədarlıq naziri bəyanatda vurğulayıb ki, “Donald Trampın maksimal təzyiq kampaniyası və İranın qlobal maliyyə sistemindən təcridinin artması nəticəsində, İran rejimi artıq öz fəaliyyətini gizlədə biləcək yerlərini itirir”.

“Skott Bəsənt”in sözlərinə görə, Xəzinədarlıq Nazirliyi İranın sanksiyaları pozmaq planlarını pozmağa və rejimin gəlirlərə çıxışını əngəlləməyə çalışır.

Şərhlər bağlıdır.