İran Olcaytu xanın məzarının tapılması barədə xəbərləri təkzib edib.
Bu barədə “Tasnim” agentliyinə istinadən Azerbaycan-ruznamesi.org məlumat
yayıb.
Bir neçə gün əvvəl İran KİV-ləri Sultaniyyə türbəsində aparılan qazıntılar nəticəsində
həmin abidəni inşa etdirən Elxanlı hökmdarı Qiyasəddünya Məhəmməd Xudabənd
Olcaytu xanın məzarının aşkar edildiyini yazmışdılar.
Lakin Sultaniyyə türbə kompleksinin direktoru bildirib ki, sonuncu dəfə abidənin
ətrafında aparılan qazıntılar 15-17 il əvvəl həyata keçirilib. Hazırda isə qazıntılar
türbənin cənub-qərb hissəsində aparılır.
“Arxeoloji qazıntılar zamanı Sultaniyyə günbəzinin yaxınlığında yerləşən digər yeraltı
türbənin hissələri aşkar edilib. Mövcud dəlil, sənəd və tarixi mənbələrə əsasən,
həmin türbə Elxanlılar dövrünə aiddir. Orada tapılan skeletlərin isə böyük ehtimalla
Monqol xanədanlığı – Çingiz xanın nəslindən olan Elxanlı hökmdarlarının ailə
üzvlərinə məxsus olduğu güman edilir”, – deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, Sultaniyyə türbəsi “Olcaytu türbəsi” adı ilə də tanınır və Elxanilər
dövrünün Azərbaycan memarlıq sənətinin incilərindən biri hesab olunur. Abidəni
Elxanlı hökmdarı Qiyasəddünya Məhəmməd Xudabənd Olcaytu 14-cü əsrdə öz
şərəfinə tikdirib. Onun memarı dövrünün tanınmış sənətkarı Əlişah Təbrizi olub.
Əvvəlki
Şərhlər bağlıdır.