Baş redaktor Əflatun Amaşov həm də direktor oldu

Rəsmi dövlət qəzeti “Xalq qəzeti”ndə struktur dəyişikliyi olub.
Azerbaycan-ruznamesi.org rəsmi dövlət mənbələrinə istinadən xəbər verir
ki, mətbu orqanda direktor vəzifəsi yaradılıb.
Həmin vəzifəyə qəzetin baş redaktoru Əflatun Amaşov təyinat alıb.
O, bundan sonra “Xalq qəzeti”nin həm direktoru, həm də baş redaktoru
vəzifəsini daşıyacaqdır.
Qeyd edək ki, “Xalq qəzeti”nin təsisçisi Azərbaycan Respublikası
Prezidentinin İşlər İdarəsidir.
Ə.Amaşov 26 aprel 1957-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı
kəndində anadan olub. 1985-1994-cü illərdə Azərbaycan Dövlət İnformasiya
Agentliyində (AzərTAc-da) müxbir, şöbə müdiri, redaktor, Baş redaktor və Baş
direktorun birinci müavini vəzifələrində çalışıb. 2003-cü ildən Mətbuat Şurası
İdarə Heyətinin sədri seçilib. V çağırış Milli Məclisin deputatı olub.

Şərhlər bağlıdır.