İranda siyasi məhbus olan qadın həbsxanada həyatını itirdi

İranın Varamin şəhərindəki Qarçak həbsxanasında siyasi fəal Sumayyə Rəşidi
faciəli şəkildə vəfat edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Ailəsinin və onunla bir kamerada qalan məhbusların sözlərinə görə, Rəşidi ağır
şəraitdə saxlanılıb və ciddi sağlamlıq problemlərindən əziyyət çəkib. Lakin onun tibbi
yardım üçün müraciətləri nəzərə alınmayıb və ona yalnız ağrıkəsicilər verilib.
Sentyabrın 16-da Sumayyə Rəşididə qıcolmalar və əzələlərində kəskin ağrılar
başlayıb, bundan sonra o huşunu itirib. Xəstəxanaya çatdırılmasına baxmayaraq,
həkimlər onun həyatını xilas edə bilməyiblər.
İnsan hüquqları müdafiəçiləri onun ölümünə görə həbsxana rəhbərliyinin və
təhlükəsizlik qüvvələrinin məsuliyyət daşıdıqlarını bildiriblər.
Eyni zamanda, İran məhkəmə sisteminin “Mizan Online” nəşri ölüm səbəbini
açıqlamayıb, lakin Rəşidinin “Xalq Mücahidləri təşkilatının üzvü” olmaqda və “milli
təhlükəsizliyə qarşı təxribat törətməyə cəhddə” ittiham edib.

Şərhlər bağlıdır.