İranda dörd nazirin taleyi sual altındadır

İran parlamenti yol və şəhərsalma, energetika, əmək və sosial təminat, eləcə də kənd
təsərrüfatı nazirlərinə qarşı impiçment prosesini işə salıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Parlamentin Rəyasət Heyətinin sözçüsü Abbas Qudərzi bildirib ki, dörd nazirin
vəzifədən çıxarılması ilə bağlı sorğu artıq Rəyasət Heyətinə təqdim olunub. Xüsusilə
əmək və sosial təminat naziri Əhməd Meydərinin impiçmenti uzun müddətdir
gündəmdə olsa da, ölkədə baş verən son siyasi və hərbi gərginlik – xüsusilə 12
günlük müharibə bu prosesi ləngidib.
Qudərzi əlavə edib ki, yetərli sayda millət vəkilinin imzası toplandıqdan sonra
impiçment rəsmən qəbul olunmuş sayılır. Nazirlərə özlərini müdafiə etmək üçün 10
gün vaxt veriləcək.
“Biz bu proseslərin hər biri üzrə vəzifələri müəyyənləşdiririk və yekun nəticə yaxın
zamanda ictimaiyyətə açıqlanacaq”, – deyə Qudərzi vurğulayıb.

Şərhlər bağlıdır.