İranlı siyasi fəal İstanbulda öldürüldü

İran hökumətinə müxalif siyasi fəal Məsud Nəzəri Türkiyənin İstanbul
şəhərində yaşadığı evin qarşısında naməlum silahlılar tərəfindən
güllələnərək öldürülüb.
Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.
Ailəsinin bildirdiyinə görə, 10 ildir Türkiyədə yaşayan Nəzəri bir neçə dəfə İran
təhlükəsizlik məmurları tərəfindən təhdid edilib.
Milliyyətcə kürd olan Məsud Nəzəri İran hökumətinin sünni məzhəbli
vətəndaşlara qarşı ayrı-seçkilik siyasətlərinin tənqidçilərindən biri sayılırdı.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.