Zəfər paradının aparıcısı Abdulla Qurbani olacaq?

– AÇIQLAMA

Noyabrın 8-də Bakıda – Azadlıq meydanında Vətən müharibəsində qazanılan
qələbənin 5-ci ildönümünə həsr edilmiş hərbi parad təşkil olunacaq.
Zəfər Gününə həsr olunacaq hərbi parad öncəsi hazırlıqlar artıq yekunlaşmaq
üzrədir. Hazırlıq tədbirləri çərçivəsində Azadlıq meydanı və ətraf ərazilərdə
Azərbaycan Ordusunun parad məşqləri, eləcə də Hərbi Hava Qüvvələrinin
təlim uçuşları həyata keçirilib.
Xatırladaq ki, Azadlıq meydanında sonuncu parad 2020-ci il dekabrın 10-da
Vətən müharibəsindəki Zəfərin şərəfinə keçirilib.
2023-cü il noyabrın 8-də isə Zəfər paradı Xankəndi şəhərində təşkil olunub.
Bəs budəfki Zəfər paradının aparıcısı kim olacaq?
Azerbaycan-ruznamesi.org modern.az saytına istinadən bildirir ki, bununla
bağlı müvafiq qurumlara ünvanladığı sual hələ ki cavabsız qalıb.

8 noyabr tarixli hərbi parada uzun illərdir dövlət mərasimlərində mikrofon
arxasında olan Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü,
polkovnik Abdulla Qurbani aparıcılıq edə bilərmi?
Modern.az saytı Abdulla Qurbani ilə əlaqə saxlayıb. 69 yaşlı polkovnik
əməkdaşımıza bildirib ki, səhhətilə əlaqədar budəfəki parada aparıcılıq
etməyəcək. O, paradın aparıcısının kim olacağı barədə məlumata malik
olmadığını deyib.
Qeyd edək ki, 2023-cü il noyabrın 8-də Zəfərin 3-cü ildönümü münasibətilə
Xankəndi şəhərində təşkil edilən hərbi parada polkovnik Abdulla Qurbani
aparıcılıq edib.
2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilmiş paradın aparıcısı da
Abdulla Qurbani olub.
Turqay MUSAYEV
Əlavə edək ki, Azərbaycanın tanınmış tarzanı Abdulla Qurbani uzun illər
“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin ansanbılının rəhbəri olub.

Şərhlər bağlıdır.