ABŞ RUSİYA-UKRAYNADAN SONRA İRANA YÖNƏLİB

Ağ Ev ABŞ kəşfiyyatının məlumatlarını əsas gətirərək Rusiya-Ukrayna müharibəsini gızışdıraraq bu həddə gətirib çıxardı. Hal-hazırda Yunanıstanda da hərbi bazalar yaradılır ki, Türkiyəyə basqılar edilsin. Bugünkü gündə ABŞ kəşfiyyatının adı ilə Vaşinqton özünün bipolyar siyasətini yeritmək üçün fəaliyyətə keçib. Və təəssüflər olsun ki, bu siyasət özünü doğruldur”.

ABŞ kəşfiyyatının İranın yaxın həftələrdə nüvə silahı əldə edəcəyi ilə bağlı proqnozunu da elə ABŞ yeni bir oyunu olduğu bəlli olur. Cünki Ukrayna Rusiya müharibəsində kəşviyyat üzərindən oynadığı oyunlar bəhrəsini verdiyi ücün bölgəmizdə qarmaqarışıqlıq salmaq üçün Vaşinqton bu varianta əl atıb və artıq bizim regionumuzun üzərində də oyun oynamağa başlayıb. Lakin bunuda qeyd etmək lazımdır ki, İran illərdir ki, nüvə silahını əldə etməyə çalışır və bunu heç kimdən gizlətmir. Trampın dönəmində də nüvə müqaviləsi ləğv olunduqda, zatən İran hökuməti ABŞ-ın razılaşmadan çıxdığını əsas gətirərək uranı zənginləşdirməyə başladı. Bu da onu göstərir ki, İran Amerikadan özünü qorumaq üçün nüvə silahı hazırlayır. Tehran bunu rəsmi etiraf etməsə də, İranda nüvə silahının hazırlandığı bütün dövlətlərə məlumdur.

Əsas məsələ İranın hansı vəziyyətdə nüvə silahından istifadəsi mümkün görünür?! Bu sualın cavabı əslində bəsitdir ABŞın hec bir dövlətin işinə qarışmadığı və bu ölkələrə ABŞ tərərfindəntəhlükə yaranmadəğə halda.

Necə ki, ABŞ Prezidenti dəfələrlə çıxışlarında Rusiyanın nüvə silahından istifadə edəcəyini bildirir və Moskva buna cavab olaraq zəruri təhlükə anında bu yola da əl atacağının mesajını verir, eyni vəziyyət İranla da baş verəcək. Əgər Amerika və ya digər qüvvə tərəfindən şantaj olarsa, İran da nüvə silahı variantından istifadə etməyə məcbur qalacaq. Lakin İranda və digər reqion dövlətləri də bu oyunun bir parcası olmaması ücün reqionun inkişafına güc goymaları və bir yoldan yürüməliolduglarını da yaxşı bilirlər. İran Azərbaycanla müqayisədə Ermənistanla daha isti münasibətlərə sahibdir. Lakin son zamanlarda Tehran da başa düşdü ki, Azərbaycanın daxil olduğu layihələrdə iştirak etməsələr, ölkələrinin vəziyyəti daha pis olacaq.

Ona görə də, İran Ermənistana dəstək verməsinə baxmayaraq, Azərbaycanla bir masaya oturdu. Rəsmi Bakı və Ankara ilə regionda gedən proseslərdə birgə iştirak etmək niyyəti artıq İran siyasətində görülür. Bu da müsbət haldır.

Hazırki situasiyada İranın nüvə silahını qabardaraq, bunun regional təhdidə çevriləcəyini mümükünsüzdür. Bu İranın özünü Amerikadan qorumaq üçün verdiyi ismarıclardır.

Ramiyə Məmmədova,
beynəlxalq məsələlər üzrə ekspert

Şərhlər bağlıdır.