“Suriya ordusu ölkənin bütün sərhədlərinə nəzarəti ələ keçirməlidir”.
Azerbaycan–ruznamesi.org “Mehr” agentliyinə istinadla xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Tehranda Suriyanın xarici işlər naziri Feysəl Mekdad ilə görüşündə deyib.
İran prezidenti bəzi ölkələrin problemlərinin həllinin vacibliyini vurğulayıb və əlavə edib ki, Suriya ordusu bu ölkənin bütün sərhədlərində hökmranlıq etməlidir və bu baxımdan Suriyanın milli suverenliyinə hörmət edilməlidir. “Bu məsələlərə məhəl qoymamaq regionda müxtəlif təhlükələrin yaranmasına gətirib çıxaracaq”, – deyə o vurğulayıb.
Şərhlər bağlıdır.