İsveçdən aldığımız məktubda Abdulla Cavanşir Əmir Haşiminin Qarabağ təssüratları əksini tapıb. İstərdik ki, onun Şuşa barədə qeydləri və müsahibəsi saytda yerləşdirəsiniz.
Xahiş edərdik ki, belə bir açıqlamanı da qeydiyyatınızda göstərəsiniz:
-Əziz izləyicilərə Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü, beynalxalq əlaqələr məsulu , S.C.Pişəvəri hərəkatının yarım əsrdən bəri ən çətin şəraitlərdə aparıcı və rəhbər şəxsiyyətlərdən biri olmuş, eyni zamanda bütöv Azərbaycan diasporu fəaliyyətində fərqlənmiş Abdulla Əmir Haşimi Cavanşirin Şuşa ziyarətini və təəssuratını “BAKİNSKİY RABOÇİY” (“Bakı fəhləsi”) qazetindən nəzərinizə çatdıraq.
Əlbətdə, bizim də öhdəmizə həmin yazını oxuculara təqdim etmək vəzifəsi düşür. Bu yazı, müsabihə janrındadır.
Hörmətlə,
Rəhim Hüseynzadə,
Azərbaycan Demokrat Firqəsinin Sədri
Abdullah Əmir Haşımi Cavanşir: Şuşa səfəri mənim həyatımın zirvəsi idi Qarabağ münaaqişəsi və onun ətrafında son üç onillikdə cərəyan edən hadisələr təkcə Qarabağ sakinlərinə və öz doğma yurdlarından didərgin salınmış azərbaycanlılara deyil, həm də münaqişəyə bilavasitə aidiyyəti olmayan insanlara da ağır təsir göstərib tamamilə fərqli bir ölkədə adi insanların həyatında tarixi hadisələr kəsişir və müxtəlif dərəcədə əks olunur, lakin yalnız bir şey aydındır ki, onlar birbaşa və ya dolayı yolla hətta onlarla uzaqdan əlaqəsi olan hər kəsə təsir göstərir. Uzun illər ziyarət etmək arzusunda olduğu mübarək Şuşanı ziyarət etmək üçün uzaq İsveçdən gəlmiş yaşlı azərbaycanlı ilə söhbət edərək buna əmin olduq. Abdulla Əmir Haşımi Əmirbahadur oğlu Təbrizdə doğulub boya-başa çatmış, türk soylu Ağaxanlı eli və nəslindəndir. Onun ulu babası Səfər bəy Nadir şahın dövründə Hindistan yürüşündə iştirak etmiş və onun sərkərdələrindən olmuşdur. Türklərə hər cür zülm edən İranda Pəhləvi sülaləsi hakimiyyətə gəldikdən sonra bir çoxları kimi onların ailəsinin nümayəndələri də repressiyaya məruz qaldılar. Pişəvəri azadlıq hərəkatı başlayanda Abdullanın atası onun fədailərindən idi və hökumət devrildikdən sonra uzun müddət İran Azərbaycanının müxtəlif bölgələrində dolaşaraq, nəhayət Təbrizdə məskunlaşdı. Abdulla atasının mücadiləsini davam etdirdi. O, 50 il İranın Azərbaycan Demokrat Firqəsinin (ADF-in) üzvü olub və hazırda bu partiyanın Beynəlxalq Əlaqələrinə cavabdehdir. Mühacirətə getməsinin səbəblərindən danışan Abdulla Əmir Haşımi ADF-nin həm şah rejimi, həm də İslam inqilabı hökuməti tərəfindən təqiblərə məruz qaldığını bildirib. – Bu partiyanın fəalı kimi mən və qardaşım bir neçə dəfə həbs olunduq və nəhayət, Uca Allahın izni ilə ölüm hökmündən yayına bildim, qardaşım təəssüf ki, edam olundu, qohumlarımızın digər üzvləri də edam edildi və bəziləri uzun müddət hakimiyyət tərəfindən təqib edildi. Mən ailəmlə birgə ölkəni qeyri-qanuni tərk etməyə məcbur oldum və Şimali Azərbaycana keçərək Bakıda məskunlaşdım. – Lakin ailənizin həyatında bu çətin məqam Qarabağ münaqişəsinin başlandığı və minlərlə azərbaycanlının Ermənistandan və Qarabağdan qovulduğu, çoxlarının öldürüldüyü, digərlərinin itkin düşdüyü müstəqil Azərbaycanın faciəli səhifəsinə təsadüf etdi… – Olduqca doğru! Qonşu işğalçı dövlət Ermənistan tərəfindən torpaqlarımızın işğalı başlayıb. Bir tərəfdən İranda repressiyalardan qurtulduğuma, doğma Azərbaycan torpağında yaşadığıma sevinirdim, digər tərəfdən isə soydaşlarımın öz torpaqlarında qaçqın düşməsi, yurd-yuvasını itirməsi məni çox narahat edirdi. İranda ali universitet təhsili aldım, fizik oldum, elmi-tədqiqat işləri apardım və Bakıya köçəndən sonra H.Z.Tağıyev adına zavodda işə düzəldim. Gələcəkdə tale məni Respublika Radiosunun xarici yayım şöbəsinə atdı, orada baş redaktor, şərq (fars və ərəb) redaksiyasının rəis müavini işləmişəm. 30 il əvvəlki hadisələri xatırlayanda gözümün qabağında kino lenti kimi o günlərin şəkilləri canlanır. – Milyonlarla qaçqın, iqtisadi böhran, İran, Rusiya və Ermənistanın haqsız təzyiqləri. Nə deyim… ölkə son dərəcə çətin vəziyyətdə idi. Belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı problemlərin həllinin tapılacağına ümid yaratdı və bu, insanlara güc verdi. Lakin bütün bunlarla yanaşı beynəlxalq ictimaiyyət Azərbaycandakı vəziyyətə biganə yanaşır və ermənilərin cinayətlərinin, Minsk Qrupunun (MQ) faydasız fəaliyyətinin fərqinə varmır (istəmirdi!) münaqişənin həllini gecikdirir, və bu arada xalqımız əziyyət çəkirdi. Bakıya gəldikdən sonra partiyada işimi elə qurmağa çalışdım ki, diasporumuzda fəal işlərə başlayıb, gücləndirək. Bu məqsədlə partiyamızın Avropa və Amerika qitələrində kiçik hücrələrini yaratmağa başladıq, sonra jurnal nəşr etdik. 1998-ci ildə İsveçə mühacirət etdim, orada tezliklə Dünya Azərbaycanlıları Konqresi (DAK) yaradıldı və məni sədrin birinci müavini təyin etdilər. DAK-ın əsas vəzifəsi qurultaylar keçirmək, Qarabağ problemi və onun azadlığı, Azərbaycan həqiqətlərini və haqlarını dünya ictimaiyyətinə çatdırmaq idi. – Abdulla, o vaxt diaspor hərəkatı azərbaycanlılar üçün yeni və yad idi, diasporun özü kiçik və zəif təşkil olunmuşdu. Belə şəraitdə necə işləyirdiniz? – Məsələ burasında idi ki, bu hərəkatın fəal üzvlərinin əksəriyyətini, İran azərbaycanlıları təşkil edirdi, çünki onlar Avropa və Amerikaya şimallı soydaşlarından xeyli əvvəl mühacirət ediblər və siyasi baxımdan daha çox məlumatlı olublar. Ona görə də azərbaycanlıları DAK-da birləşdirmək, diaspor fəaliyyətini gücləndirmək, yeni cəmiyyətlər , bölmələr yaratmaq o qədər də çətin deyildi. İsveçə mühacirətdən sonra mən ilk işim İsveç dilini öyrənmək oldu, onu üç il ərzində mənimsədim, sonra bir ildən sonra İsveç dilində ibtidai məktəbdə üçüncü sinif müəllimi kimi işə düzəldim və 15 ilimi buna həsr etdim. Eyni zamanda DAKda ictimai işləri davam etdirirdim. Qarabağ haqqında fəaliyyət istiqaməti boş idi. Yəni, o vaxt bu sahədə, heç kim təşkilat və dərnək yaratmamışdı. Bunun üçün 2002-ci ildə , 20 ildir ki , fəaliyyət göstərən Qarabağ Mədəniyyət Cəmiyyətini yaratdım və qeydiyyatdan keçirdim. Bir neçə sayt açdıq, orada Qarabağla bağlı məlumatlar dərc etdik, sonra ingilis və azərbaycan dillərində jurnal buraxdım. Saytlarda, jurnalda, təşkil etmiş mitinqlərimizi, xalqımızın tarixini, şəhərlərimizin işqal günlərinə qarşı tədbirlər, toplantılarımızın xəbərlərini yaddaş edirdik. Tədbirlərə, parlament üzvlərini, media nümayəndələrini, Xarici İşlər Nazirliyi, komitələr, fondların nümayəndələrini dəvət edirdik və onlara Azərbaycan həqiqətlərindən danışarkən , Ermənistanın işğalçılıq siyasətini, BMT-nin mühüm qərarlarının icrasını gündəmdə saxlayırdıq. Digər yerinə yetirilməmiş qətnamələri, qaçqınlarımızın yer- yurdlarına qaytarılması haqqında gündəmə gətirildi. Bütün bu sahələrdə biz davamlı işləyirdik, bunun nəticəsi uzunmüddətli perspektivdə özünü göstərdi. Çünki avropalılar əvvəlcə ermənilərin yaydığı “tarixi faktları” əsas gətirərək müharibədəki məğlubiyyətimizi qəbul etməyimizə inanırdılar. Lakin bu istiqamətdə apardığımız məqsədyönlü və ardıcıl iş ona gətirib çıxardı ki, illər keçdikcə onlar baş verənlərə baxışlarını dəyişməyə başladılar. Məsələn, 12 il əvvəl Minsk qrupunun İsveçdən olan nümayəndəsi Mats adli ilə Stockholm şəhərində görüşümüz oldu.Görüşdə biz azərbaycanlılar qətiyyətlə bildirdik ki, Minsk qrupunun üzvləri öz funksiyalarını yerinə yetirə bilmirlərsə, istefa versinlər və başqası bu vəzifəni öz üzərinə götürsün, bir beynəlxalq qurum kimi. Biz birbaşa olaraq öz mövqeyimizi bildirdik və onların hərəkətsizliyini pislədik. Lakin onlar bizim sözümüzü ancaq eşitdilər. Azərbaycanın xeyrinə bir iş görmədilər və ermənilərin xeyrinə susdular.Bu ikili standard yanaşma və yaxud ikiüzlü siyasət 44 günlük müharibəyə qədər davam edirdi. Nəhayət ki, Avropada və dünyada bütün ictimai-mədəni diaspor təşkilatların üzvülərin, Ali Baş Komandanımızın güclü dəmir yumruğu ətrafında toplaşdı və hərəkətə keçirildi. Onda bizim mövqeyimiz xarici mediaların səhifələrində öz əksini tapdı. 44 günlük Zəfər müharibəsində qələbə hər şeyi üzə çıxartdı.İşqal olunmuş Azərbaycan torpaqları Azərbaycana qayıtarıldı. Hansi ki, onların müharibəsiz Azərbaycana qaytarılmasını 20 ildən artıq idi ki, bütün dünyaya çatdırmışdıq. Ancaq bü gün bütün həqiqətlər üzə çıxırdı. Daha Avropalılar mövcud reallıqları öz gözləri ilə gördülər və inanmağa başladılar ki, Azərbaycan nə qədər haqlı imiş, razılaşmağa başladılar. Nəhayət Avropada ab-hava get-gedə dəyişməyə başladı. Əvvəllərdə özlərini həddindən artıq təkəbbürlü, aqressiv aparan ermənilərin havaları alındı, ehtirasları bir qədər azaldı, uydurmaları, yalanları Avropa ictimaiyyətina get-gedə məlum olaraq, həqiqətlər öz yerini tapdı. Zəfər Qələbəmizdən sonra sanki mülayim külək əsməyə başladı. Azərbaycanın təntənəli qələbəsi bizə xoş əhval-ruhiyyə və inam ,özünə güvən ərməğan gətirdi. Millətimiz yenidən ayıldı, doğuldu, yenidən gücləndı. Şuşa səfəri mənim həyatımın zirvəsi idi. – Təbii ki, bu Qələbənin memarları möhtərəm Prezidentimiz İlham Əliyev və Azərbaycanın fədakar ordusu, xalq-iqtidar birliyi, tarixin böhranlı və taleyüklü məqamında müxalifətlə iqtidar arasında sərhədlərin aradan qalxdığı bir vaxtda… – Mütləq həqiqətdir bunlar! Azərbaycanın son 200 ildə qazandığı tarixi qələbənin analoqu olmayıb! Qələbədən sonra Qarabağ cəmiyyətinin qurucusu kimi 2021-ci ilin sentyabrında Bakıya gəldim və son iyirmi ildə Diasporla İş üzrə Dövlət Komitəsi ilə daimi əlaqədə olduğum üçün, Şuşaya gedənlər siyahısına salınmağımı xahiş etdim. O vaxt belə səfərlər nəzərdə tutulmadığından bir həftə sonra İsveçə qayıtmağa məcbur oldum. Amma, üç gündən sonra Şuşaya səfərin planlaşdırıldığı və adımın siyahıya salındığı xəbəri verildi. Amma o, anda bir daha Bakıya uça bilmək mümkün olmadı. Lakin bu il iyulun sonunda mübarək Şuşanı görmək mənə nəsib oldu. – Torpaqlarımızın və xüsusən də Qarabağın ürəyi olan Şuşa şəhərinin işğaldan azad edilməsi, dünyadakı bütün azərbaycanlılar üçün əvəzsiz hədiyyə oldu və mənim üçün bu səfər bütün həyatımın əsl ulduz apogeyinə, 20 illik diaspor fəaliyyətində və təşkilati işləməkdə ömrümün zirvəsinə çevrildi. Azad edilmiş torpaqları ziyarət etmək xüsusi məna daşıyır. Təəssüflər olsun ki, İranda soydaşlarımızın milli hüquqları , hələ də pozulmaqdadır, Amma Qarabağ torpaqlarının zəfəri və işğaldan azad edilməsi mənim üçün İran Azərbaycanında da mütərəqqi ideyaların təntənəsinin xəbərçisi oldu və ümidvar oldum ki, o, gün uzaqda deyil. . – Maraqlıdır, o vaxt Şuşa ilə bağlı məlumatlarınız nə dərəcədə dolğun və etibarlı idi? – Hələ 50 il əvvəl fransız yazıçısı Jan Qorun fars dilinə tərcümə edilmiş əsərində Şuşa haqqında oxumuşam, bu kitab dəfələrlə təkrar nəşr olunub, hazırda 45 dəfə! Burada Şah Ağa Məhəmməd Qacarın həyatından bəhs edilir və kitabın əsas məqamlarından biri də onun Şuşaya qarşı ilk dəfə onu fəth edə bilmədiyi üçün iki dəfə hücüm edir. İkinci dəfə isə bu qalanı zəbt etdiyi üçün həyata keçirdiyi yürüşdən sonra qalib gəlsə də ancaq həyatını ödədi. Lakin kitabda mənim üçün əsas odur ki, o vaxtkı Şuşanın gözəl eskizləri, ona gedən yollar, alınmaz Şuşa qalasının əzəməti o kitabda var. Və Şuşaya səfər zamanı oxuduqlarımla yol boyu gördüklərimi müqayisə edərək, J.Qorun nə qədər yanlış olduğunu, qiymətləndirmələrində və təsvirində subyektiv olduğunu anladım. Şuşa… canlı, sirli və əzəmətli bir əfsanəyə bənzəyir. Şuşada olmağım unudulmaz, zəngin və silinməz təəssüratlarla doludur. Bir tərəfdən Füzulidən başlayaraq, Qələbə yolu boyunca erməni vandalizminin, barbarlığının şahidi olduq. Şəhər və kəndlərimizin ermənilərin vəhşiliyindən xilas olmaq üçün hamımıza necə dua etdiyini təsəvvür etdim. Eyni zamanda, ədalətin zəfər çaldığını, rəşadətli ordumuzun müdrik Ali Baş Komandanın rəhbərliyi ilə doğma torpaqlarımızı işğaldan azad etdiyini dərk etmək çox xoş idi. Şuşaya gedən yol boyu igid şəhidlərimizin ölməz ruhu bizi müşayiət edirdi, sanki onların səsini eşidirdik, onlar bizimlə birlikdə bu müqəddəs torpaqda sonuncuları olan bu yolu yenidən keçdilər. Biz gözəgörünməz şəkildə onların gücünü hiss edirdik və ətrafımızdakı hər şey bizə onların gənc həyatlarını verdikləri, o dəhşətli hərbi hadisələri xatırladırdı. Onların qəhrəmanlığı və mübarək xatirəsi qarşısında baş əyirik! Şəhidlər mümkün olmayanı etdilər, bizə qələbə bəxş etdilər, müqəddəs Qarabağ torpağına öz mübarək qanlarını səpdilər! Doğma Azərbaycan torpağının hər qarışı bizim üçün əzizdir. Qarabağın işğalının 30 il ərzində düşmən nə qəbirlərin, nə abidələrin, nə meşələrin, nə də evlərə rəhm etməyib, yandırıb amansızcasına qarət edib, dağıdıb, xarabalığa çevirərək yolundakı hər şeyi əsirgəməyib. Bu kontekstdə Qarabağ barbar dəstələri tərəfindən əzilən, talan edilmiş bir diyar kimi yadda qaldı. Ona görə də bu torpağa azadlıq verən mübarizlərin qəhrəmanlığı qarşısında baş əyməmək mümkün deyil. Şuşa Bütöv Azərbaycanın paytaxtıdır, Şuşa dahilərin doğulduğu yerdir. Bu, ölkəmizin tarixində xüsusi bir torpaqdır, onun azad edilməsi təkcə bir sərkərdənin deyil, yüz illər sonra peyda olan və müqəddəs torpağı erməni şər ruhlarından təmizləyən Böyük Sərəncamın səylərini tələb edirdi. Prezident İlham Əliyev Cənubi Qafqazda bu gün bütün dünyanın alqışladığı müqəddəs bir azadlıq missiyasını yerinə yetirərək yeni geosiyasi reallıq yaradaraq adını bütün Azərbaycanın tarixinə qızıl hərflərlə yazdı. Xoşbəxtlikdən mənim də bu qüruru yaşamaq şansım oldu! – İndi İsveçə qayıtmısınız. Qəzetimizin kürsüsündən istifadə edərək soydaşlarınıza nə demək istərdiniz, Şuşa səfəriniz sizə hansı həqiqətləri üzə çıxardı və bu gün hansı düşüncələr sizi ziyarət edir? – İndi Azərbaycan öz gələcəyini və bütün dünya dövlətləri ilə dostluq münasibətlərini quran ən perspektivli ölkələrdən biridir. Təcavüzkar və getdikcə problemləri artan və Rusiya ilə İran tərəfindən ən çox dəstəklənən Ermənistan, əbədi dostluğa inanan bizimlə balanslaşdırılmış və müdrik xarici siyasəti dünyada getdikcə daha artan Azərbaycanla özbəüzdür. O, bizimlə anlayışla yanaşmalıdi. Çünki hər şey göz qabağındadır. Azərbaycan heç vaxt heç bir dövlətin ərazisinə, hətta öz torpaqlarının otuz il ərzində işğal altında olduğu bir vaxtda və belə təcavüzə məruz qalsa da təcavuz fikrində olmamışdı. . Ölkəmiz sülhün və mehriban qonşuluq münasibətlərinin sadiq tərəfdarıdır. Onu da bilirik ki, dünyada Azərbaycanda radikal dini ekstremizmi yeritmək, şiələrlə sünnilər arasında nifaq salmaq istəyən qüvvələr var, baxmayaraq ki, Azərbaycanın bütün konfessiyalara, dinlərə, millətlərə qarşı tolerant münasibəti ilə məşhur olduğu hamıya məlumdur. Prezident İlham Əliyevi qonşuları ilə minimum konflikt və fikir ayrılığı olan ölkələrin liderləri sırasında qeyd etmək olar və bu fakt çox şeydən xəbər verir. Biz qazanılan qələbələri, uğurları dəyərləndirməli, əziz tutmalı, onları hər cür artırmalıyıq. – Maraqlı və mənalı söhbətə görə təşəkkür edirəm! Afət İSLAM, “Bakı fəhləsi
Şərhlər bağlıdır.