VİDADİ MUSTAFAYEV:

BÖHRANLI İRAN DAXİLİ İĞTİŞAŞLARI YATIRA BİLMİR, AMMA QONŞUSUNA GÜC NÜMAYİŞ ETDİRMƏK İSTƏYİR

Xəbər verildiyi kimi, bu gündən (17 oktyabr 2022)  İran ordusu Ərdəbil və Şərqi Azərbaycan vilayətlərinin/ostanlarının ərazilərini əhatə edən Arazboyu ərazidə yeni (dördüncü), hərbi texnika və canlı qüvvə baxımından ən böyük təlimlərə başlayıb. 3 gün davam edəcək təlimlərin ən mərkəzi hadisəsi ARAZ çayı üzərində üzən körpü quraşdırıb qarşı tərəfə hərbi texnika, canlı qüvvə çıxartmaq elan edilib.Maraqlıdır, görəsən İran öz TƏCAVÜZKAR  Araz çayının hansı hissəndə həyata keçirməyi planlaşdırır? Çox güman ki, İran hərbi təlimdən istifadə edərək  qardaş hesab etdiyi Ermənistan ərazisinə yardım məqsədilə hərbi texnika və canlı qüvvə çıxarmağı panlaşdırır. Ermənistan-İran sərhədini Rusiya sərhəd qüvvələrinin mühafizə etdiyini nəzərə alsaq, onda, əgər bu qoşun çıxartma əməli baş tutarsa, bir çox suallar meydana gəlir. Həmin sualların cavabı nəzərdə tutulan əməliyyatın həyata keçirilməsindən sonra  məlum olacaqdır.

Şərhlər bağlıdır.