İRAN SİLKƏLƏNİR, HƏR YERDƏ AKSİYA, BİNALARA OD VURULDU

Əmininin vəfatının 40-cı günündə Azərbaycanın güney şəhərlərində və iran adlanan ölkənin digər, əksər şəhərlərində geniş aksiyalar keçirildi.

“Azad İran” Teleqram kanalına istinadla xəbər verir ki, axşam saatlarında aksiyalar Azərbaycan vilayətlərini də əhatə edib.

Urmiyada, Təbrizdə, Güney Astarada və s. şəhərlərdə kütləvi aksiyalarda polislə qarşıdurmalar yaşanıb. Urmiyada aksiyaçılar Xameneinin bannerini yandırıblar, “Bəsic” üzvləri ilə qarşıdurma yaşanır, Təbrizdə barrikadalar qurulub, polis atəş açır, sakinlər isə “Molotov kokteyli” ilə cavab verir. Təbrizdə “Azadlıq, Ədalət, Milli Hökumət”, Astarada “Azadlıq” şüarları səsləndirilir.

Tehran metrosunda “Bu il qan ilidir, Xamenei devrilməlidir” şüarı səsləndirilir, Şuş məhəlləsində “Öldürərik bacımızı (Məhsa Əmini) öldürənləri”, Firdovsi bulvarında “İslam Respublikası istəmirik”şüarı ilə aksiyalar davam edir.

Bundan başqa, Rəşt, Qəsri-Şirin şəhərində etirazçılar daha aqressiv davranıb, hökumət binalarına od vurulub. Məşhəd şəhərində Səccad Universitetinin tələbələri aksiyaya qoşulub.

Borucən şəhərində etirazçılar polis maşınını yandırıb və polislə qarşıdurmalar yaşanır.

Hazırda aksiyaların davam etdiyi bildirilir.

Şərhlər bağlıdır.