Kərəc şəhərinin küçələri, “Səkinə” qəbristanlığı ətrafı və Kərəc-Tehran magistralında on minlərlə insanın iştirakı ilə izdihamlı nümayişlər keçirilib.
Hökumət qüvvələrinin zorakılığından hiddətlənən etirazçılar bir neçə yerdə məmurları tərki silah edib, onların avtomobillərini yandırıblar.
Qarşıdurma zamanı bir neçə nəfərin öldüyü, çox sayda insanın yaralandığı qeyd edilib.
Hökumət qüvvələrindən ikisinin hadisə yerində həlak olduğu və onlarla silahlı məmurun yaralandığı üçün rejimin öz yaralılarının daşımaq üçün helikopterlərdən istifadə etdiyi bildirilib.
Bununla yanaşı yayılan videolar və forolardan hökumət məmurlarının aşağı səviyyədə uçan helikopterlərdən etirazçıların üzərinə naməlum maddələr atdığı görünür.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.