İRAN RƏHBƏRİNİN VARİSİ KİM OLACAQ?

2009-cu ildən bəri ali rəhbər postunda atasının yerini tutacaq potensial namizəd kimi adı hallanan hazırkı rəhbərin oğlu, parlamentin sabiq sədri Qulaməli Həddad Adilin kürəkəni, 53 yaşlı Müctəba Xameneyinin şansları xeyli artıb. Bildirildiyinə görə, atası onun dini məqamını təsdiq etmək xahişi ilə üləmalara müraciət etmiş, bunun əleyhinə çıxanlar olsa da, Məkarim Şirazi, Fazil Lənkərani, Safi Qolpayeqani kimi “mərcəi-təqlid”lər Müctəbaya fətva icazəsi vermişlər. Maraqlıdır ki, bu günlərdə BBC-nin farsca proqramında çıxış edən tanınmış jurnalist və siyasi fəal Əbdülreza Davəri artıq Müctəbanı Ayətullah kimi təqdim edib və bunu hətta əsaslandırmağa da çalışıb.

İran mediasından

Şərhlər bağlıdır.