CƏZA QÜVVƏLƏRİ NİYƏ TİBB MƏSƏLƏLƏRİNDƏN İSTİFADƏ ETMƏLİDİR?

432 HƏKİM HƏKİMİN ETİRAZI

Təbrizdə dörd yüzdən çox həkim və əczaçı açıq məktub yazaraq, etirazları yatırmaq üçün tibb ictimaiyyətinin imkanlarından və nüfuzundan istifadəni pisləyib.

Təbriz Tibb İşçiləri Qurumunun İdarə Heyətinin sədrinə ünvanlanan məktubu 432 tibb işcisi imzalayıb.

Məktubu imzalayan həkimlər ölkə rəsmilərini təmkinli və dözümlü olmağa, xalqın və ziyalıların səsini eşitməyə çağrıb.

Məktubda həmçinin bildirilir ki, dövlət rəsmiləri şiddət və hədə-qorxu yerinə dialoqa başlamalıdır.

Qeyd edək ki, son etirazların yatırılması zamanı İran İslam Respublikasının təhlükəsizlik qüvvələri etirazlar zamanı həbs olunanları daşımaq üçün təcili yardım maşınlarından istifadə edib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.