AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN AMERİKA KOMİTƏSİNİN MƏSULUNA ZOR TƏTBİQ OLUNDU

Amerikanın baş şəhəri Washingtonda İranda mühacir həyatı yaşamağa məcbur olan müxtəlif millətlərin nümayəndələri öz etirazlarını siyasi aksiyalar vasitəsilə gündəmə gətirirlər. Minlərin könüllü surətdə, həvəslə iştirak ettikləri bu tədbirlərdə daha tez-tez “Azadlıq, Ədalət, Milli Hökümət!” şüarları gözə dəyir.  Xalq çıxış yolunun birini də bu yolda görür. Ona görə də həmin şüarı əksər müxaliflərlə yanaşı Azərbaycan Demokrat Firqəsinin Amerika Komitəsinin fəalları, həmçinin ictimaiyyət başları üzərinə qaldırırlar. Çünki bu heç də bölücülüyə əsaslanan şovinist şüar deyildir, bütün xalqların demokratik hüquqlardan faydalanmasını, azad, firavan yaşamalarını,əmin-amanlığını… və sairi tələb edir.

Təəssüf ki, sentyabr ayından bəri burada davam edən kütləvi tədbirlər təxribatsız da keçinmir. Şahpərəstlər 7 aksiyanın hər birində dəfələrlə buna cəhd etmişlər. Sonuncu dəfə isə onlar təşkilatın məsulu Rəhim Şahbazinin əlindən milli bayrağı almış, özünə isə zor tətbiq etmişlər. Hazırda onun şikayəti Washington polisi tərəfindən araşdırılır. Şikayətə baxılmağın nəticəsi barədə oxuculara məlumat veriləcək.

Azərbaycan Demokrat Firqəsi

Şərhlər bağlıdır.