QAŞ DÜZƏLTDİKLƏRİ YERDƏ…

Molla rejimi öz mənfur simasını nə qədər bərpa etməyə çalışsa da, artıq xalqın qəzəbinə tuş gəlib.

SEPAH-ın hərbi geyimli, qara maskalı, silahlı cani qüvvələri xalq arasında gül-çiçək, şirniyyat paylayır!

Birincisi, silahlı ordu birləşmələri şəhərin mərkəzində nə edir? Məgər ölkədə polis yoxdur?

Bütün dünyada silahlı qüvvələrin yeri şəhər mərkəzlərində və siyasi-inzibati strukturlarda deyil, kazarma və sərhədlərdədir.

İkincisi, qara maskanın, ov tüfənginin gül-çiçəklə, şirniyyatla nə işi var?! Xoruz quyruğuna inanmalıyıq, yoxsa Həzrət Abbasın andına?!

Bu, rejimin öldürmə və qorxutma siyasətini ört-basdır etmək üçün çıxılmaz cəhddir; Və necə deyərlər rejimin xınası artıq rəngsizləşib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.