GÜNÜMÜZƏ BAX-İRANLI EKSPERT DƏ BİZİ HƏDƏLƏYİR:

“AZƏRBAYCAN NATO-YA ÜZV OLARSA”

Əvvəla Azərbaycan Respublikasının hansı beynəlxalq qurumun, birliyin üzvü olması, diqtə ilə danışması hər hansı qonşu dövlətin nəinki rəsmisinin, eləcə də sıradan bir ekspertinin işi deyil. İndi günümüzə bax ki, iranlı  deputat da ölkəmizi hədələyir.

İranlı siyasi ekspert Əmir Əli Əbulfəttah özünün Twitter hesabında yazır: “Tehranla Bakı arasındakı siyasi gərginlik göstərdi ki, Rusiyanın NATO-nun Şərqə doğru genişlənməsinin qarşısını almaq səylərini dəstəkləməkdə İranın mövqeyi nə qədər ölkənin milli maraqlarına cavab verir”. “Azərbaycan NATO-ya üzv olarsa, Bakı artıq İrana qarşı özünə heç bir məhdudiyyət qoymayacaq”,-deyə o, əsassız fikirlər səsləndirib.

Kamal Nikbin

Şərhlər bağlıdır.