Etekyazı.com saytında dərc olunmuş bu yazını həyəcansız oxuya bilmədik. Buna görə də qərara aldıq ki, ilk növbədə “fay nədir” sualına cavab alaq. Sonradan izahat işi aparmayaq. Yazımıza bu sualın cavabı ilə başlayırıq.
Fay nədir?
- Tangesial qüvvələr nəticəsində qırışığın bir hissəsinin bu və ya digər dərəcədə az maili pozulma müstəvisi üzrə o biri hissəsi üzərinə gətirilməsi fay adlanır.
- Yer qabığını təşkil edən süxurların qırılma xətti üzrə yuxarıya doğru yerdəyişməsidir.
c. Yer qabığını təşkil edən süxurların qırılma xətti üzrə yerdəyişməsidir.
d. Geoloji kəsilişlərin atributlarını təyin edən layların qalınlıqlarının və süxurların litofasial tərkiblərinin dəyişilməsi əks fay adlanır. - Yer qabığını təşkil edən süxurların qırılma xətti üzrə aşagıya doğru yerdəyişməsidir.
Dünyada və ölkə gündəmində fay xətti və zəlzələ deyə bir məsələ varmı, bilmirəm. Ancaq bu gün fay xəttinin bir neçə növündən bəhs etmək istəyirəm. Fay xətti deyilərkən ağla zəlzələ, zəlzələ deyilərkən də titrəmə, silkələnmə, dağıntı, çökmüş və yıxılmış binalar və s. gəlir.
Keçək yazının mahiyyətinə.
Zəlzələlərin meydana gəlməsini biz insanlar yerin altındakı fay xətləri ilə izah edirik. Necə ki, maşını hərəkət ettirən qaz pedalı deyil, bizim ayağımızdır. Yazı yazan qələm və klaviatura deyil, insanların əlləri və barmaqlarıdır. Bunun kimi zəlzələni meydana gətirən də əslində fay xətləri deyil, bir başa Cənabı Allahın (c.c) özüdür.
İnsanlar bir insanın vəfat səbəbini onun xəstəliyinə bağlayırlar. Halbuki onun ruhunu Əzrail mələk almışdır. Xəstəlik sadəcə bir pərdədir. İnsanların heç biri, yaxınının ölümünə görə Əzrail mələyi günahlandırmır. Təbii ki, əsl canları alan Allah Təalanın (c.c) özüdür. Burada Əzrail mələk belə bir pərdədən ibarətdir.
Zəlzələ zamanı nə olduğunu bilir və görürsən, ancaq yerində eləcə qalırsan. Bəzən o anda insanın əlindən heçnə gəlmir. Bir neçə saniyə davam edən yerin altından gələn sallanma və titrəmədən bir neçə dəqiqə keçir və insan düşünməyə başlayır… Hal hazırda böyük bir binanın dağıntısı altında cansız bir şəkildə ola bilərdim. Sanki bir neçə saniyə davam edən yeraltı sarsıntı və zəlzələ, həyatda olmaq və olmamaq arasındaki məsafənin çox az və qısa olduğunu bizə xəbər verir.
Nəfsini daima hesaba çəkən elə insanlar var ki, zəlzələ olduğunda hönkür-hönkür ağlamağa başlayır. Təbii ki, titrəmə və sarsıntılardan qorxduğu üçün deyil. Allah-Təalanın (c.c) zəlzələni, özünün şəxsi günahları səbəbilə göndərdiyini düşündüyü üçün… “Allahım, günahlarım səbəbiylə başqa insanları da məhv etmə” deyərək ağlayar. Elə insanlar da var ki, zəlzələnin baş verməsini ilahi ədalətsizlik olaraq izah etməyə çalışırlar.
Şəhər, kənd, dağlar, düzənliklər ya da dənizdə baş verən zəlzələlərdən insan övladı məsuliyyət daşımaz. Çünkü zəlzələ, insan övladının iradəsinin xaricində baş verir. Ancaq çay yatağında, sürüşmə zonasında, bataqlıq ərazidə və s. kimi məkanlarda şəhər salar, bina və ev tikəriksə, bu zaman biz zəlzələnin nəticələrindən məsuliyyət daşıyırıq… Zəlzələ zamanı şəhərə ciddi ziyan dəyməməsi üçün bir şəhər inşa edilərkən yerin altındakı fay xətləri nəzərə alınır. Bu mənada fay xətlərini bilməyin vacib olduğu göz qabağındadır. Binalarımızı qorumaq, şəhərlərimizin daha uzun ömürlü olmasını təmin etmək üçün fay xətlərini öyrənməyə çalışmalıyıq.
Burada bir sual ortaya çıxır ki, bəs binalarımızın cəsaməti qədər böyümüş cəhalət və cahilliyi dağıdacaq fay xətlərinin nələr olduğunu öyrənməyə çalışmalı deyilikmi? Tarix boyu ölkə və millətləri bir birinə qırdıran təfriqə və ayrı-seçkilik bəlasını dağıdacaq fay xətlərinin nələr olduğunu tədqiq etməli deyilikmi? Şəhərsalmada öyrəndiyimiz fay xətləri qədər, şəhərimizdə və dünyada fəqirlik və yoxsulluğu aradan qaldıracaq fay xətlərini öyrənməli deyilikmi?
Şəhərlər inşa olunmadan əvvəl yerin altındakı fay xətlərinin öyrənilməsi insan amili ilə bağlıdır və insan həyatı əsas alınaraq bu tədqiqatlar aparılır. Zənnimcə cəhalət və cahillik, təfriqə və düşmənçilik, fəqirlik və yoxsulluq da insan amili ilə bağlı məsələlərdir. Buradakı fay xətlərinin də öyrənilməsi lazımdır…
Fay xətləri 150 illik, 200 illik binaların çökməsinə səbəb olduğu kimi, bəzən elmdə də fay xətlərinin qırılması ilə 150 illik, 200 illik “elmi nəzəriyyə”lərin çökdüyünü görürük. Çökən binaların yerinə yeniləri inşa olunduğu kimi, çökən “elmi nəzəriyyə”lərin yerinə də başqaları inşa edilməyə başlanır.
Qurani Kərimin 99-cu surəsi, “zəlzələ” mənasına gələn Zilzal surəsidir. Bu surədə ümumi məzmun olaraq qiyamətdən əvvəl gələcək olan şiddətli zəlzələdən, daha sonra bütün ölülərin qəbirlərindən çıxıb haqq-hesab verəcəklərindən bəhs edilir.
Qiyamətdə hər şey məhv olub getsə də, ayənin ifadəsi ilə; o məhv olmuş dünyanın içərisindən sorğu suala çəkiləcək yeganə varlıq, insanoğludur. Bu dünyada canımızın qorunması və evlərimizin yıxılmaması üçün fay xətlərini öyrəndyimiz kimi, sosial problemləri aradan qaldırmaq üçün də, bu sahənin fay xətlərini öyrənməliyik.
Həzrət Həmzə (r.a) hələ Məkkədə ilk illərdə Həzrət Peyğəmbərimizin (s.ə.s) yanına gələrək belə demişdi; “Gecələri səhrada təkbaşına qalanda anladım. Allah (c.c) o qədər böyükdür ki, dörd divar arasına sığmaz”.
Zənnimcə bir insan üçün ən böyük və ən vacib fay xəttinin qırılması Hz. Həmzənin (r.a) dediyi bu sözlərdir. Çünkü bu zaman insan, Allah (c.c) ilə arasında olan bütün əngəl, məneə və divarları yıxmış olur.
Təqdim etdi: Kamal Nikbin
Şərhlər bağlıdır.