AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “1905-1906-cı illər kütləvi qırğınlar” adlı məqaləsi Tehranda “Xudafərin” jurnalında dərc olunub.
Məqalədə S.Talıblı qeyd edir ki, “1905-1906-cı illərdə Cənubu Qafqazda törədilən qırğınlar mahiyyət etibarilə ermənilərin XX əsrdə azərbaycanlılara qarşı mərhələlərlə həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Böyük dövlətlərin hətrərəfli dəstəyi ilə erməni silahlı dəstələrinin cənubi Qafqazda törətdikləri qarətlər, soyğunçuluq, kütləvi qırğınlar, terror aktları və qətliamlar barədə o dövrün yerli və xarici mətbuatında, ayrı-ayrı müəlliflərin əsərlərində, xatirələrində tarixi faktlar mövcuddur. Tədqiqatlardan, arxiv materiallarından, o dövrkü mətbuatdan, yerli və xarici müəlliflərin əsərlərindən məlum olur ki, ermənilər 1905-1906-cı illərdə Cənubi Qafqazın 14 qəzasında (İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Eçmiədzin, Aleksandropol, Sürməli, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur, Gəncə, Qazax, Ərəş, Borçalı) və 8 şəhərində (Bakı, İrəvan, Naxçıvan, Gümrü, Şuşa, Gəncə, Qazax, Tiflis) etnik təmizləmə və kütləvi qətliamlar törədiblər. 1905-1906-cı illər soyqırımları zamanı Cənubi Qafqazda 286 kənd viran edilmiş və 8 şəhər dağıntılara məruz qalmışdır. Soyqırımlar zamanı təqribən 200 yaşayış məntəqəsi dağıdılmış və xarabalığa çevrilmiş, 15 mindən artıq ailə (təqribən 100 min nəfər) ev-eşiyindən didərgin düşmüş, 10 min nəfərdən artıq insan tələfatı olmuşdur”.
S.Talıblı məqalənin sonunda vurğulayır ki, Azərbaycan Respublikasının Prezidenti, Ümummili Lider Heydər Əliyevin 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı” haqqında verdiyi Fərmanının ermənilərin cinayətkar və terror əməllərinin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması baxımından çox böyük tarixi, siyasi və hüquqi rolu olub
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.