KIMYƏVİ SİLAHDAN DA GÜCLÜ ZƏRBƏ

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani bazar ertəsi (6 mart) Təhlükəsizlik Şurasındakı çıxışında kimyəvi silahdan istifadəni insanlığa qarşı cinayət olduğunu vurğulayıb. İran İslam Respublikası bu silahdan istifadəni qətiyyətlə pisləyib. O əlavə edib ki, “İran kimyəvi silahlardan istifadənin qurbanı olmaqla, bu silahlardan istifadəni insanlığa qarşı cinayət və insanlığa qarşı cinayət kimi pisləyir, beynəlxalq hüququn açıq şəkildə pozulması əlaməti sayır”.

İran xalqlarının Qərb ölkələrinin Səddam rejimini onlara qarşı sistemli şəkildə kimyəvi silahdan istifadə edilməsini dəstəklədiyini heç vaxt unutmayacağını bildirən İrəvani əlavə edib ki, İran Kimyəvi Silahların Qadağan edilməsi üzrə Konvensiya və Təşkilatının (KSGT) istismarı və siyasiləşdirilməsindən narahatdır.

Onun çıxışında digər məqamlar da yer alıb. Lakin İrəvani qeyd etməyib ki, İran bu günə qədər zəhər girdabında boğulan ölkədir. Bu, rejimin daxili və xarici siyasətindən irəli gəlir. Onillik İran-İraq müharibəsinin gözə görünməyən tərəfləri kimi bu cəngdən rejim əleyhdarlarının cəbhələrdə qəsdən məhv edilməsi, şikəst olunması və sair insanlığa sığmayan hərəkətlər dayanır ki, bu, ölkənin əsas hədəflərindən biri olub. Belə zərbələr isə arxadan vurulduğundan heç vaxt gözləmək olmur.

Şərhlər bağlıdır.