İRAN CƏLLADLARININ YENİ REKORDU

İran cəlladları son dörd ildə ilk üç ayında edamların sayına görə yeni rekorda imza atıb. Bu barədə İranın İnsan Hüquqları Təşkilatı məlumat yayıb. Bildirilir ki, ilin son 65 günündə 138 nəfər barəsində ölüm hökmü həyata keçirilib. Halbuki 2020, 2021 və 2022-ci illərin müvafiq dövründə 67, 72 və 94 məhkum barəsində ölüm hökmü çıxarılanda bütün mütərəqqi bəşəriyyət bunu etirazla qarşılamışdı.

Məlumatda göstərilir ki, İranın İnsan Hüquqları Təşkilatı məhkumların təqribən üçdə ikisinin- 88 nəfərinin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə ittiham olunanlardır. Bunu ölkədə həm də müxaliflərin aradan götürülməsində tətbiq edilən “etibarlı” yolu adlandırıblar.

İranda martın 10-dan 24-dək 29 nəfərin boğazına kəndir bu ittihamlardan sonra keçirilib.

Şərhlər bağlıdır.