FAŞİST İRAN İSLAM RESPUBLİKASININ ÖLKƏ XALQINA QARŞI TƏTBİQ ETDİYİ REPRESSİYA VƏ QƏTLAMLARA DAİR ADF SİYASİ HEYƏTİNİN BƏYANATI

Son aylar Faşist İran Rejimi Azadlıq arzusunu bildirən İran gənclərini edam etməklə insanlara göz dagı verməyə çalışır. Qırx ildir “Şeytani bozorg” şuarlarını mitinqlərdə hayqıran İran İslam Respublikası bir İblis simasında xalqın qarşısına çıxmaqdadır.

İran İslam Respublikasının din xadimləri, qaziləri, hakimləri və axundları Şeyx Fəzlulla Nurinin edamını unutmamalıdırlar. Eləcə də unutmamalıdırlar ki, ruhanilər içərisində Şeyx İbrahim Zəncani kimi xalqına, imanına və ədalətə sədaqətli ruhanilər də həmişə mövcuddur. Bu gün edam hökmü çıxaran şərəfsiz “rəisi” və “rəisi kimilər” mütləq öz layiqli cəzalarını alacaqlar.

Bu günlər edam edilən Bəluc xalqının qəhrəman ogullarının şəhadətinə “Allah şəhadətinizi qəbul etsin” deyirik. Şəhidlər Bəluc xalqının ucalıgını və qüdrətini göstərir. Halal olsun qəhraman Bəluc gənclərinə: “Vətən yolunda ölən varsa, Vətəndir…”

Azərbaycan Demokrat Firqəsi çox sayda qəhramanlarını şəhid vermiş mübariz təşkilatdır. Qatil Rza Pəhləvidən başlayaraq Faşist İslam Respublikasına qədar xalqların azadlıq əzmini qanla, edamla bogmaga çalışan istibdad bu gün də davam edir. Bu gün edam edilən azadixah Bəluc gəncləri “21 Azər” şəhidlərinin davamçılarıdır və pəhləvilər sülaləsinin qatil əməlləri insanlarımızın xatirələrindən pozulmayıb. İran istibdadının “tülkü xisləti”, 1945-1946-da, 1952-1953-də, 1979-da hər dəfə təkrarlandı. Riyakarlıqla edamlara təsliyət edən Pza Pəhləvi atasının, babasının əməllərindən təəssüf etmədən, ən azı onlar qədər qatil olan İran İslam Respublikasına “meydan oxumaga” başlayıb.

Son yüz ildə taleyi “qara hərflərlə” yazılmış İran xalqlarının nicat yolu “Azadlıq, Ədalət, Milli Hökumət” çagırışları ilə öz həllini tapaçaqdır və biz buna inanırıq. İnanırıq ki, bu günlər şəhadətə yetişmiş Bəluc gənclərinə qədirbilən xalqı abidə qoyacaq, gələcək nəsillərin tərbiyəsində onları örnək göstərəcək, onları Bəluc xalqının azadlıq yolunu açan qəhramanlar olaraq xatırlayacaqdır.

ADF Siyasi Heyəti
(08 may 2023)

Şərhlər bağlıdır.