Başınız sağ olsun!

 

Əziz həmvətənlər və sevimli Firqəçi dostlarım!

Aldiğim aci xəbərə görə, mubariz qarddaşımız, qocaman Firqəçi və qardaşımız Pvərviz müəllim Kaziminin atasi , Firidun bəy Kazimi bugün dünyasını dəyişib.Allah rəhmət eləsin.
Kiçik yaşlarımda , mərhum qardaşımdan onun haqqında eşitdiyim sözlər və xatirələr, Təbrizdə fəaliyyət göstərdiyi haqda hələdə yadımdadır: Mərhum Firidun Kazimi Şimali Azərbaycandan muhacirətdən qayıdarkən 1979-ci ildə , Milli Hökumətimizin fədayilərindən biri kimi milli vəzifəsini dərindən hiss edərkən Güney Azərbaycanin baş kəndi Təbriz şəhərinə qayıdır və orada Azərbaycan Demokrat Firqəsinin dəftərində nəşriyyat işlərində məşqul olur. Mənimdə böyuk qardaşım “Tiraxtorsazi Fabrikasinda işçi olaraq bir Fiqəçi kimi, Zavodun sinfi – Sindikai (Həmkarlar ittifaqı təşkilatında) fəal şəxsi kimi, Firqəmizin Dəftərindədə məsullardan bir idi.Qardaşımdan Firqəmzin işləri, nəşriyyat və “Azərbaycan ruznaməsi” barədə gözəl sözlər eşitmişdim O, cümlədən Firqəmizin fədaisi mərhum Firidun Kazimi barədə xeyli xoş sözlər, ona görə Fridun bəyin ölüm xəbəri məni daha artix kədərləndirdi.

ADF’-in Vaşinqton nümayəndəsi kimi, burada bütün Firqəçi dostlarım adından mərhum Firidun Kazimi’nin ruhu şad olsun deyərək , xatırladım ki mütləq mərhumun siyasi yolu ki Firqəmizin yoludur, dəvam edəcəyinə inanıram.
Hörmətlə:Rəhim Şahbazi
ADF’in Vaşinqton Numayəndəsi.
24.11.2023

 

Şərhlər bağlıdır.