Asiya Futbol Konfederasiyasının rəsmi saytının sorğusu nəticəsində “Traktor” Futbol Klubu Asiyanın ən populyar komandası seçilib. Sorğunun son mərhələsində Təbrizin “Traktor” komandası səslərin yarısından çoxunu toplayıb.
Səkkiz iddiaçınn adının daxil edildiyi anketdə komanda 51 faiz səs ilə Asiyanın ən populyar komandası seçilib.
İranın “Persepolis” komandası 21 faizlə ikinci, “Persia İndoneziya” isə 11 faizlə qitənin üçüncü ən populyar komandaları sayılırlar.
Daha öncə “Transfer Market” saytı dünyanın ən çox azarkeş toplayan futbol klublarını müəyyənləşdirib. Onlar “Borussia”, “Dortmund”, “Barcelona”, “Bayern Munich”, “Manchester United” kimi dünyaca məşhur futbol komandalarından sonra “Traktor” 5-ci yerdə qərarlaşıb.
Şərhlər bağlıdır.