Milli geyim yenə maneə oldu

Təbrizin Xavəran Mədəniyyət Kompleksində keçirilən musiqi tədbirində “Barış”
musiqi qrupunun nəzdində olan Azərbaycan rəqs truppasının çıxışına icazə
verilməyib.
Bu barədə yerli mədəni fəallar məlumat yayıb.
Məlumata görə, buna rəqqasların Azərbaycan milli paltar geyinməsi səbəb olub.
Musiqi qrupunun başçısı Məsud Əmirsepehrin rəqsin icra edilməsi üçün israrları
nəticə verməyib və qrup üzvləri kompleksdən çıxarılıb.
Rəqs qrupunun icrasına Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İslami İrşad
İdarəsinin mane olduğu bildirilib.
Azerbaycan-ruznamesi.org

 

Şərhlər bağlıdır.