ABŞ-ın yeni Prezidentinə qarşı bir neçə maddə üzrə impiçment tələbi irəli sürülüb

Tramp Ağ Evi tərk edəndən sonra indi də respublikaçılar impiçment həvəsinə düşüblər. ABŞ-ın Nümayəndələr Palatasında Prezident Co Baydenə qarşı bir neçə maddə üzrə impiçment tələbi irəli sürülüb.

Azerbaycan-ruznamesi.org Beynəlxalq İnformasiya Portalı Eurasia Diaryə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Corciya ştatının 14-cü konqres bölgəsi üzrə nümayəndəsi Marjorie Taylor Qrin Co Baydenin prezident səlahiyyətlərinin icrasına başlamasının ertəsi günü ona bir neçə maddə üzrə impiçment tələbi irəli sürüb.

Konqres üzvü qeyd edib ki, Co Bayden prezidentlik ofisinə uyğun deyil. O, Co Baydeni vitse-prezident olduğu müddətdə səlahiyyətindən sui-istifadə etməkdə və qohumbazlıqda günahlandırıb.

 

Şərhlər bağlıdır.