Mirzə Ələkbər Sabirin vəsf etdiyi qəhrəmanlar

Dahi Azərbaycan şairi M.Ə.Sabirin yaradıcılığında milli qəhrəmanların obrazlarının yaradılmasına xüsusi diqqət yetirilib. Onun inqilabi şeirlərində məşrutə hərakatının önündə gedənlərin, igidlikləri dillər əzbəri olanların çoxu barədə şeirləri otaylı-butaylı Azərbaycanda rəğbətlə qarşılanıb. Sərdari-Milli Səttərxan da Sabirin sevimli qəhrəmanlarından idi. Oxucu bu hüsn-rəğbəti şairin “Hophopnamə”sində gedən Səttərxana şeirindən də hiss edə bilər.

SƏTTARXANA

Hali-məczubim görüb, qare, demə divanədir,
Nəreyi-şuridəmi zənn etmə bir əfsanədir,
Şairəm, təbim dəniz, şeri-tərim dürdanədir,
Bahcətim, eyşim, sürurim, vəcdim, əhraranədir,
İncizabım cürəti-mərdaneyi-mərdanədir,
Afərinim himmətim-valayi-Səttarxanədir.

Ta ki millətin məcməin Tehranda viran etdilər,
Türklər Səttar xan ilə əhdü peyman etdilər,
Zülmü istibdadə qarşı nifrət elan etdilər,
Millətə, milliyyətə can nəqdi-qurban etdilər,
Ayeyi-Zibhi əzim itlaqi ol qurbanədir,
Afərinim himətim-valayi-Səttarxanədir.

Həq mədədkar oldu Azərbaycan ətrakına,
Ali-Qacarın protest etdilər Zöhhakına,
Ol şəhidanın səlam olsun rəvani-pakına
Kim, tökülmüş qanları Təbrizü Tehran xakına,
Onların cənnət deyildir mənzili, ayə nədir?
Afərinim himməti-valayi-Səttarxanədir.

İştə Səttarxan, baxız, bir növ iqdimat edib,
Bir vəzirü şahı yox, dünyanı yeksər mat edib,
İrzi-islamı, vətən namusunu yüz qat edib,
Hörməti-heysiyyət-milliyyətin isbat edib,
İndi dünyanın təvəccöh nöqtəsi İranədir,
Afərinin himməti-valayi-Səttarxanədir.

İştə Səttarxan, baxız, İrani ihya eylədi,
Türklük, iranlılıq, təklifin ifa eylədi,
Bir rəşadət, bir hünər göstərdi, dəva eylədi,
Dövlətin bir eynini dünyada risva eylədi,
Qaçmayıb pərvanətək oddan, demə pərvanədir,
Afərinim himməti-valayi-Səttarxanədir.

Afərin təbriziyan, etdiz əcəb əhdə vəfa!
Düstü düşmən əl çalıb eylər sizə səd mərhaba!
Çox yaşa, dövlətli Səttarxan, əfəndim, çox yaşa!
Cənnəti-əladə Peyğəmbər sizə eylər dua,
Çün bu xidmətlər bütün islamədir, insanədir,
Afərinim himməti-valayi-Səttarxanədir.

 

Şərhlər bağlıdır.