Rusiya XİN vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib

Rusiyanın Tehrandakı səfirliyi İsrail və İran arasında münasibətlərin pisləşməsi
fonunda regiondakı vəziyyət normallaşana qədər rusiyalılara İrana səfərlərdən
çəkinməyi tövsiyə edib.
Bu barədə Rusiya səfirliyinin Telegram kanalında məlumat yerləşdirilib.
“İran ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar Rusiya səfirliyi Rusiya
Federasiyası vətəndaşlarına müvəqqəti olaraq vəziyyət normallaşana qədər İran
İslam Respublikasına səfərlərdən çəkinməyi tövsiyə edir”, – deyə diplomatik
missiyanın bəyanatında bildirilib.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.