Azerbaycan-ruznamesi.org bizimyol.info saytına istinadən ABŞ-ın keçmiş XİN başçısı Hillari Klinton və qızı Çelsi Klintonun YPG/PKK terrorçularına olan rəğbətindən yazır. Onların bu terror təşkilatları ilə bağlı çəkəcəkləri filmin qəhrəmanları hər iki təşkilatın döyüşçü qadınları olacaqlar. Artıq Hollivud şirkətlərindən biri bu işi öhdəsinə götürüb.
Onlar ortaq olduqları “HiddenLight Prodüksiyon” şirkətilə Suriyada terrorçuların sırasında vuruşan qadınların həyatını əks etdirən “Kobaninin qızları: Üsyan, cəsarət və ədalətin hekayəsi” adlı kitabı ekranlaşdıracaqlar. Bu barədə danışan Hillari Klinton “Kobaninin qızları” hekayəsini dünyaya təqdim etməkdən böyük həyəcan duyduğunu dilə gətirib.
Şərhlər bağlıdır.