PROFESSOR ƏHMƏD KAZIMI YENƏ SARSAQLADI

İranın Xarici işlər naziri C.Zərifin Cənubi Qafqaz ölkələri, Rusiya və Türkiyəyə səfər turu haqqında İranın islahatçı, mühafizəkar və fundamentalist xəbər agentliklərinin hesabatları və analitik yazılarında nazirin regionda təkfirçi-terrorist qüvvələrin olması və ondan İranın narahatlıq keçirməsi ilə bağlı dediyi sözlər haqqında heç bir məlumata, işarəyə rast gəlinməmişdir.
Amma professor ciddi şəkildə elan edir ki, regionda təkfirçi-terrorist qüvvələri var və İran onların çıxarılmasını tələb edir. Professor guya “ağıllı” tərpənərək “region” ifadəsi işlədir, halbuki, AZƏRBAYCAN deməli idi, çünki-təkfirçilər, yəni özlərini əsil müsəlman hesab edən iranlılara görə “kafir müsəlmanlar” ancaq Azərbaycanda ola bilər və aydındır ki, Türkiyə tərəfindən gətirilə bilərdi.
Ruslar artıq neçə vaxtdır həmin məsələdən danışmırlar, amma bəzi iranlı “professor”lar qış yuxusundan ayılmaq, özləri demişkən, “düşməntəraşilik”dən əl çəkmək istəmirlər ki, istəmirlər.
BƏRƏKALLAH SİZİN ELMİNİNZƏ CƏNAB “PROFESSOR”

Şərhlər bağlıdır.